Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Putin-Əliyev görüşünə SÖZARDI...

Putin-Əliyev görüşünə SÖZARDI...


23-04-2024, 08:16
Putin-Əliyev görüşünə SÖZARDI...
Baxıram, efirlərdə Rusiyanı Azərbaycanın əsas düşməni kimi təqdim edən elastik "efir yanıqları"nın, "politoloq"ların, düdəmə jurnalistlərin, Rusiya ilə Azərbaycan arasında imzalanan "Müttəfiqlik Bəyannaməsi"nin ləğv edilməsini arzulayan klassik və lüt "bəy"lərin səsi gəlmir.

Biz, illərdir yazırıq, deyirik, iki ölkə arasındakı real və gələcək perspektivləri açıqlayırıq, amma əvəzində "ruspərəst" oluruq!? Bütün bu prosesləri tərəfsiz şəkildə təhlil edirdik. Bizim "politoloq"lara izah etmək olmur ki, təhlil tərəfsiz olmalıdır. Amma bacarmırlar, oxumurlar, öyrənmirlər, başları ilə yox, illərdir təpik hədəfinə çevrilən "başqa yerləri" ilə düşünürlər.

İndi cəsarətiniz, ləyaqətiniz və şərəfiniz varsa, efirlərə çıxıb bu günkü görüşü də tənqid edin. Edə bilərsinizmi? Əsla!

Biz, Rusiya ilə münasibətlərdə prezident İ.Əliyevə istinad edirik, bəs, siz kimin tapşırıqlarını icra edirsiniz?!

Mənim üçün xarici ölkələrin xüsusi xidmət orqanlarının mətbəxlərində hazırlanan tezislərin təbliğatçılarının, ipi başqalarının əlində olan hansısa məmurların, bu məmurların siçovullarına çevrilən media adamlarının, fəallarım yox, İ.Əliyevin mövqeyi vacibdir.

Bu gün Azərbaycan prezidenti İ.Əliyev və Rusiya prezidenti V.Putin arasında baş tutan görüşdə mühüm fikirlər səsləndirilib. Putin mərhum prezident Heydər Əliyevi ehtiramıa xatırlayıb, tarixi layihələr yaratdığına görə bütün Rusiyanın və region ölkələrinin H.Əliyevə minnətdar olduğunu bildirib.

İ.Əliyev bildirib: "Azərbaycan Prezidenti onu da bildirdi ki, Rusiya Qafqazda regional təhlükəsizliyin təmin edilməsi baxımından fundamental ölkədir və Moskva ilə Bakının qarşılıqlı fəaliyyətindən çox şey asılıdır...".

İ.Əliyev: "Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Ey düdəmə "ekspert"lər, bəlkə bu günkü görüşü tənqid etmək üçün "ləyaqət" nümayiş etdirəsiniz? Sİzin də, sizi efirlərə çıxarıb Azərbaycan-Rusiya arasında nifaq salmaq istəyənlərin də sonuna az qalıb, sadəcə boşluq var və "kıs-kıs" edib sizi danışıdırırlar. Qarşıda ağıllı dövr gəlir, sizə gərək qalmayacaq.

Samir Feyruzov - dia-az.info

Geri qayıt