Əsas Səhifə > Güney Press > Bu şirkət dövlət agentliyindən 19,6 milyonluq

Bu şirkət dövlət agentliyindən 19,6 milyonluq


23-04-2024, 18:56
Bu şirkət dövlət agentliyindən 19,6 milyonluq
Minatəmizləmə Agentliyi “Minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az
xəbər verir ki, tenderin qalibi “İmprotex İndustries” MMC olub.

Qalib şirkətlə 19 629 520 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “İmprotex İndustries” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayev Azər oğludur. Hüquqi AZ1095, Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21 ünvanında yerləşir.

Geri qayıt