Əsas Səhifə > Güney Press > “Baku Electronics” satılmış malların dəyişdirilməsi qaydalarını pozduğuna görə

“Baku Electronics” satılmış malların dəyişdirilməsi qaydalarını pozduğuna görə


23-04-2024, 15:59
“Baku Electronics” satılmış malların dəyişdirilməsi qaydalarını pozduğuna görə
“Baku Electronics” MMC barədə protokol tərtib olunub.

Banker.az xəbər verir ki, şirkət barədə aidiyyəti qurum tərəfindən Ticarət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 444.2 maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Maddəyə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin baxış iclası 02.05.2024, saat 09:30 keçiriləcək.

Geri qayıt