Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tərəflər Qazaxıstan görüşündə müəyyən mövzularda razılığa gələcək

Tərəflər Qazaxıstan görüşündə müəyyən mövzularda razılığa gələcək


24-04-2024, 08:24
Tərəflər Qazaxıstan görüşündə müəyyən mövzularda razılığa gələcək
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib.

Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əli Zülfüqaroğlu deyib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi yalnız regional formatda həll olunmalıdır.

"Qərb xüsusilə də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh proseslərinə mane olmağa çalışır. Rəsmi Parisin Ermənistanı silahlandırması onun iki ölkə arasındakı normallaşma proseslərinə mane olmağa çalışmasının birbaşa sübutudur. Rəsmi Bakı üçüncü dövlətlərin prosesi mürəkkəbləşdirməsinin qarşını almaq üçün danışıqları Qazaxıstanda aparmağa müsbət baxır. Düşünürəm ki, Ermənistan da görüşün Qazaxıstanda keçirilməsinə razılıq verəcək. Hesab edirəm ki, Qazaxıstanda baş tutacaq görüşdə sülh proseslərinin inkişafı, Naxçıvanla birbaşa kommunikasiyanın yaradılması və digər məsələlər müzakirə olunacaq. Ermənistan başda Fransa olmaqla kənar qüvvələrin prosesi mürəkkəbləşdirmə əməllərinə uyarsa, bu onun üçün fəlakətlə nəticələnəcək. Lakin mən Ermənistanın sülh proseslərinə maraqlı olduğunu və tərəflərin Qazaxıstan görüşündə müəyyən mövzularda razılığa gələcəyini düşünürəm".

Geri qayıt