Əsas Səhifə > Güney Press > Əmək Məcəlləsində nəzərdə tutulan bu qanun tətbiq olunsa...

Əmək Məcəlləsində nəzərdə tutulan bu qanun tətbiq olunsa...


24-04-2024, 08:57
Əmək Məcəlləsində nəzərdə tutulan bu qanun tətbiq olunsa...
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan bu qanun - tətbiq olunsa, bəlkə də işçilərin pozulmuş əmək hüquqlunun bərpa olunması sahəsində az da olsa rol oyanar və hüququn bərpası ilə əlaqədar işçilər digər dövlət və ya məhkəməyə müraciət etməklə əlavə əzab və əziyyət çəkməz, mübahisə - bu komissiyada öz həllini tapardı.
Bu komissiyaların - yaradılmamasının əsas səbəbi isə işçilərin - həmkarlar təşkilatlarına inamsız olması və bu komissiyanın qərarına inanmamalarldır. Halbuki, bu Komissiyaların yaradılması ilk növbədə: işçilərin və onların hüquqlarını təmsil edən həmkarlar ittifaqları təşkilatının marağında olmalıdır.
Praktik olaraq fəaliyyət göstərməyən və ya yaradılmayan "FƏRDİ əmək MÜBAHİSƏLƏRİ komissiyası". AR Əmək Məcəlləsinə əsasən: Kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində "FƏRİD ƏMƏK mübahisələrinə - məhkəməyə qədər baxan orqanın" yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması vəonun fəaliyyət qaydası KOLLEKTİV müqavilələrlə nizama salınır. BU orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən-3 təqvim ayı ərzində müraciət edə bilər.
Bu Komissiya: həm işəgötürənlərin, həm də Həmkarlar ittifaqı və ya əmək kollektivlərinin BƏRABƏR sayda üzvlərindən təşkil olunur və qəbul edilən müsbət qərarın İCRASI da əlavə problem yaratmlr.
Əmək mübahisəsi ilə əlaqədar qalan bütün hallarda isə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən - 1 təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.info

Geri qayıt