Əsas Səhifə > Güney Press > BANM-də Beynəlxalq elmi konfransların açılışı olub

BANM-də Beynəlxalq elmi konfransların açılışı olub


24-04-2024, 12:05
BANM-də Beynəlxalq elmi konfransların açılışı olub
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi
Konfranslarının açılış mərasimi keçirilib.
Konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Kommunikasiya
məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova və digər rəsmilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi
konfransların beş ildir beynəlxalq səviyyədə təşkil edildiyini, builki konfranslarda bir sıra
yeniliklər həyata keçirildiyini və keyfiyyətinə, miqyasına və beynəlxalq universitetləri
əhatə etməsinə görə seçildiyini qeyd edib. Rektor konfranslara təqdim edilən tezislər
barədə də məlumat verərək bildirib ki, builki konfranslara ümumilikdə 517 tezis
göndərilib, onlardan 384-ü qəbul edilib, göndərilən tezislərin 58-i 6 ölkənin 7 təhsil
müəssisəsindən olub, ümumilikdə isə 55 müəssisədən tezis daxil olub. Elmar Qasımov
gənc alimlərin yetişdirilməsi, onlara dəstək göstərilməsinin Bakı Ali Neft Məktəbinin
önəmli missiyalarından olduğunu və konfransların Azərbaycanda gənclərin elmi-tədqiqat
işlərinə yönəlməsi üçün böyük töhfə verdiyini vurğulayıb.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında BANM-də keçirilən elmi
konfransların gənclərə yeni imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb
və Nazirlik olaraq hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov Bakı Ali Neft Məktəbində ənənəvi
olaraq keçirilən bu elmi konfransların gənclərin elmi-tədqiqata marağının artması
baxımından vacibliyini qeyd edib.
Tədbir BANM-in Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Çingiz Hacıyevin tədqiqat
mövzusunda təqdimatı ilə davam edib.
Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları “Dayanıqlı
Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və
mühəndisliyi” mövzularını əhatə edir. Konfranslar may ayının 1-də yekunlaşacaq.

dia-az.info

BANM-də Beynəlxalq elmi konfransların açılışı olub
BANM-də Beynəlxalq elmi konfransların açılışı olub

Geri qayıt