Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycan Ermənistanın ANIMINI da burnundan gətirib...
Azərbaycan Ermənistanın ANIMINI da burnundan gətirib...24-04-2024, 11:34 |
Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma “soyqırımı” yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir. - Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilərin qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər; - 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın “məğlubiyyət günü” (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü; - 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra – 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür; - 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir... Asif Nərimanlı - dia-az.info Geri qayıt |