Əsas Səhifə > Güney Press > Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin


24-04-2024, 11:39
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin
Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a danışan rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb:

“Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar.

O bildirib ki, onu dörd nəfər yox, iki nəfər - 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

Geri qayıt