Əsas Səhifə > Güney Press > “Bank BTB” rəhbərliyinə təyinat olub

“Bank BTB” rəhbərliyinə təyinat olub


24-04-2024, 13:00
“Bank BTB” rəhbərliyinə təyinat olub
“Bank BTB” ASC-nin Müşahidə Şurasına yeni təyinat olub.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Rövşən Fərhad-zadə Eldar oğlu Müşahidə Şurasının üzvü seçilib.

Hazırda bankın Müşahidə Şurasının üzvlərinin sayı 2-dir. Bankın M.Ş.-sinə hazırda Rza Sadiq İsmayıl oğlu sədrlik edir.

Digər üzv isə Ramin Hüseynov Şəhadət oğludur.

Rövşən Fərhad-zadə 1987-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə ali təhsil alıb.

2015-2024-cü illərdə Bank “BTB” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmdarları aşağıdakı şəxslərdir:

74.99% – Nigar Mehdiyeva
19.01% – Rza Sadiq
6.00% – Tükəzban Mahmudova

Geri qayıt