Əsas Səhifə > Güney Press > Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış

Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış


24-04-2024, 15:01
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
Xəbər verdiyimiz kimi, respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev intihar edib.

Dia-az.info “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb.

Bildirilib ki, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

Qeyd edək ki, N.Quliyevin meyiti morqa təhvil verilib. İlkin müayinənin nəticəsi hələ ki açıqlanmayıb.

Geri qayıt