Əsas Səhifə > Güney Press > Müsavat başqanlığı uğrunda mübarizə başladı

Müsavat başqanlığı uğrunda mübarizə başladı


24-04-2024, 15:03
Müsavat başqanlığı uğrunda mübarizə başladı
Müsavat Partiyasının başqan vəzifəsi uğrunda mübarizəyə stat verilib.

Qaynarinfo xəbər verir ki, başqan müavini Osman Kazımov partiya rəhbəri postuna namizədliyini irəli sürüb. Bu barədə onun özü məlumat verib.

Osman Kazımov ərizəsinin qeydə alındığını bildirib.

Bundan qabaq Namiq Niftiyevin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.

Geri qayıt