Əsas Səhifə > Güney Press > Müşviqabad qəsəbəsində səyyar qəbul

Müşviqabad qəsəbəsində səyyar qəbul


24-04-2024, 15:22
Müşviqabad qəsəbəsində səyyar qəbul
24 aprel 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə
növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda Müşviqabad qəsəbə sakinləri, həmçinin rayonun
hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının
rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 90-a yaxın qəsəbə sakinləri iştirak
etmişdir.
Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin
həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq
tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə
görüşlər davam etdirilir.

Geri qayıt