Əsas Səhifə > Güney Press > Münasibətlərin normallaşmasını istəməyən qüvvələr...

Münasibətlərin normallaşmasını istəməyən qüvvələr...


24-04-2024, 17:08
Münasibətlərin normallaşmasını istəməyən qüvvələr...
İrəvanda qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə keçirilən məşəl yürüşündə Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Qeyd edək ki “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq baş tutub. Mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələri, Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan da iştirak edib.
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamaında bildirib ki, İrəvanda Azərbaycan və Türkiyənin bayraqlarının yandırılması acizliyin və şərəfsizliyin əyani şəkildə nümayişidir. Bu gün Azərbaycan və Ermənistan sülh danışqlar müstəvisində əməlli addımlar atır.

“4 kəndimiz qaytarıldı və sərhədlərin delimitasiya prosesinə başlanıldı. Ölkələrimiz münasibətlərin normallaşmasına istiqamətləndiyi bir zamanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, Ermənistanda bu münasibətlərin normallaşmasını istəməyən qüvvələrin olduğunun göstəricisidir. Ona görə İrəvan küçələrində Paşinyana qarşı kampaniya aparılır və bizə qaytarılan 4 kəndə görə həmin kəndlərin yerləşdiyi ərazidə etiraz aksiyalarını keçirirlər”-deyən deputat hesab edir ki, bu gün İrəvanda bayraqlarımızı yandıranlar və kəndlərimizin qaytarılmaısndan sui-istifadıə edərək öz məqsədlərinə çatmaq istəyənlərin bütün arzuları iflasa uğrayacaqdır. Çünki, regionda baxışlar artıq dəyişilib. Bu baxımdan sərhədlərin delimitasiya olunması və sülh müqaviləsinin imzalnmasının alternativi yoxdur.

Deputatın fikrincə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində pozitiv hadisələrin şahidi olacağıq.

Geri qayıt