Əsas Səhifə > Güney Press > Tanınmış telejurnalistdən intihar xəbərinə REAKSİYA
Tanınmış telejurnalistdən intihar xəbərinə REAKSİYA24-04-2024, 17:14 |
"Nəsib həkimin intihar etməsi xəbəri gələndə şok oldum". Dia-az.info bildirir ki, bunu sabiq baş pediatr Nəsib Quliyevin intihar xəbərinə reaksiyasında tanınmış jurnalist Afət Telmanqızı ifadə edib. A.Telmanqızı daha sonra "İnanmadım" deyərək fikrinə belə davam edir: "Tez nömrəsinə zəng etdim. O ümidlə ki telefona özü cavab verəcək. Təəssüf bu olmadı. Nur içində yatın xeyirxah, sadə , dəyərli ziyalı. Amma özünü güllələməsi heç inandırıcı olmadı. Axı niyə bunu etməli idi?" Sonda tanınmış telejurnalist baş vermiş hadisənin intihar olub-olmamasının ciddi araşdırma tələb etdiyinə də işarə edib: "Hüquq mühafizə orqanlarının ciddi araşdırmalarına zərurət var." Geri qayıt |