Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub

Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub


25-04-2024, 11:11
Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub
Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı
ilə birgə Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra
Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə
görüş keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon
təşkilatının sədri, QHT sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və
Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov
Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, Ümummilli lider Heydər Əliyevin
imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət
dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən
zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş
verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən
göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial
durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin
həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar
Şurasının sədri, professor Vaqif Şadlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Çernobıl
əlillərinə dövlət qayğısının artırılmasından danışıb.
Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Kamal Əliyev çıxış edərək
Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara
bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də prezident İlham Əliyevə və rayon
rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri
dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda
rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra
Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.

dia-az.info
Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub
Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub
Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub

Geri qayıt