Əsas Səhifə > Güney Press > Annanın Qarabağla bağlı suala təpkisi gündəm oldu

Annanın Qarabağla bağlı suala təpkisi gündəm oldu


25-04-2024, 12:09
Annanın Qarabağla bağlı suala təpkisi gündəm oldu
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Qarabağla əlaqəli verilən suala reaksiyası ölkəsinin gündəmindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Olay Annanın dünən qondarma soyqırımının ildönümü ilə əlaqədar “Tsitsernakaberd”ə ziyarətində baş verib.

Jurnalistlərdən biri baş nazirin həyat yoldaşından baş verənlərlə bağlı şərh almağa çalışsa da, o, heç bir cavab verməyib.

Erməni müxbir Qarabağ barədə soruşduqda, Anna Akopyan qaşlarını çataraq kinayəli şəkildə ona baxıb.

Jurnalistin Annanın reaksiyasına cavabı belə olub: “Niyə mənə belə baxırsınız?..”


Geri qayıt