Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir


25-04-2024, 12:18
Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir
4 kəndin qaytarılmasından sonra anklav olan digər 4 kənd də qaytarılacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Abramyan bildirib ki, üçü Tavuş bölgəsində (Qazaxın anklav olan kəndləri-red), biri Ararat bölgəsində (Sədərəyin Kərki kəndi-red) olan bu kəndlərin qaytarılmasından sonra Ermənistan iflic vəziyyətinə düşəcək.

“Hökumətin təklif etdiyi alternativ yollar isə sadəcə sürünmək üçün bir şansdır. Yollarımız Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib və bunu göstərmək üçün xəritə yayıb.

Qeyd edək ki, Kərki kəndi qaytarılacağı təqdirdə, Ermənistanın İrana çıxışı olan Şimal-Cənub marşrutu, Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılacağı təqdirdə, Gürcüstana gedən magistral yolu ordumuzun nəzarətinə düşə bilər.

Geri qayıt