Əsas Səhifə > Güney Press > Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi


25-04-2024, 15:50
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi
25 aprel 2024-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən
Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna
xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb
elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə
həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov,
rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Aydın
Hüseynov və Səbinə Xasayeva, aparatın şöbə müdirləri, YAP Qaradağ rayon təşkilatının
sədri Qafar Əliyev, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri
iştirak edirdilər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab
Süleyman Mikayılov bildirdi ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi,
sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının
bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara
təmənnasız sevgi bəxş edirdi.
Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın
qəlbində özünə əbədi yer tutmuşdur. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və
silahdaşı olmuşdur.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etdi ki, Zərifə Əliyevanın
həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və
çoxcəhətlidir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq
ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü
ilə yaradılıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Zərifə xanım Əliyevanın mənalı və
şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı
uğurlardan danışmış, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi
yaşayacağını vurğulamışdır.
Daha sonra çıxış edən Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə
zanım Əliyevayla bağlı xatirələrini bölüşərək qeyd etdi ki, Zərifə xanım zaman baxımından
qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı
yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirmişdir ki, Zərifə
xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman
tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr
edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının təməlində ulu öndər Heydər Əliyev
ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri
yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri
olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz
xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir
iştirakçılarına təşəkkürünü bildirdi.

Geri qayıt