Əsas Səhifə > Güney Press > Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub

Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub


25-04-2024, 15:53
Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri
Azərbaycan Tibb Universitetinin qonağı olub.
Universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə
heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə
proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin
planlaşdırılması müzakirə olunub.
Görüşdə Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan
Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun
Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr
şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Günel Aslanova iştirak ediblər.

Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub
Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub

Geri qayıt