Əsas Səhifə > Güney Press, Üst manşet > "Camaatı axmaq yerinə qoymusunuz?.."

"Camaatı axmaq yerinə qoymusunuz?.."


26-04-2024, 08:09
"Camaatı axmaq yerinə qoymusunuz?.."
"Uzun müddətdir "CityNet"in həm internet, həm də TV xidmətlərindən istifadə edirəm. İndiyədək heç bir internet kəsintisi olmayıb, xidmətləri normaldır". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında ictimai fəal Anar Əhmədov qeyd edib.
Əhmədov etirazına daha sonra belə davam edir: "Ötən ay mənə mesaj gəldi ki, əlavə 14 kanaldan ibarət idman paketi əlavə olunacaq, qiyməti də 2 Azn. Əgər paketi istəməsəm, paketdən istifadə edə bilməyəcəm. İndi həmin kanalların siyahısına baxıram. Setanta Sports 1, Setanta Sports 2 kanallarını yeni salıblar, aylardır istifadə etdiyim, Матч! Футбол 2, Матч! Футбол 3, Матч! Арена, Матч! Игра, Матч Премьер kanallarını da paketlə əlavə edib mənə 2 manata satmaq istəyirlər. "Setanta" yaxşı kanaldır, ona görə 2 manat ödəyərəm, daha yanına əvvəl verdiklərinizi niyə qoşursunuz ki? İki kanala görə, pulu adam kimi istəyə bilmirsiz? Camaatı axmaq yerinə qoymusunuz?.."

Geri qayıt