Əsas Səhifə > Güney Press > Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir


26-04-2024, 08:35
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet
istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının
fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan
Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və
qardaşlıq əlaqələri mövcu dolub. İki ölkənin möhkəm təməllər üzərində
qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan və
Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.
Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay
təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın
Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın
bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik
münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-
cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal
qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev
Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra
sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı
Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan
Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-
Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103
saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak etdi.
Aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır
Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini
göstərəcəkdir. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox
məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv
məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmin gün hər iki dövlət başçılarının tətbətək görüşü, sonra iştirakı ilə
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
İclasdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi
olub və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması
tendensiyasının mövcud olduğunu bildirən Prezident İlham Əliyev
vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki,
mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması
tendensiyası mövcuddur". Dövlət başçısının sözlərinə görə, Azərbaycan-
Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon
dollaradək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf
Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz
Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq.
Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə
Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin
daxil olması barədə məruzə edilib", - deyən dövlət başçısı əlavə edib ki,
100 milyon da son hədd deyil.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan
ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz
töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan
azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana
təşəkkür edib.Bugünümüzün qürurverici hadisələrindən biri də işğaldan
azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılmasına qardaş dəstəyinin
göstərilməsidir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə bu qardaş ölkə öz
vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata
keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli və
Ağdam rayonlarında olublar və Ağdam rayonunun Xıdırlı kənd tam orta
məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.Ağdam
rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş
regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Aprelin 24-dəisə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak
etdilər. Prezident İlham Əliyev açılışda bildirdi ki, “bu gün Qırğızıstan ilə
Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür.
Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır.
Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir
rəmzi olacaq”.
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu
ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri,
xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş
perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana
yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə
açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da
möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm
addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan
və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən
çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf
etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası
müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə
və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
dia-az.info

Geri qayıt