Əsas Səhifə > Güney Press > “Bakqazmaş” səhmdarlarına hesabat verəcək
“Bakqazmaş” səhmdarlarına hesabat verəcək26-04-2024, 08:48 |
25 iyun 2024-cü il saat 11.00-da “Bakqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Albalılıq qəsəbəsi ünvanında baş tutacaq. İclasın gündəliyinə 2023-cü ilin maliyyə fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, həmçinin digər məsələlər daxil edilib. Bütün səhmdarların iştirakı vacibdir. Xatırladaq ki, “Bakqazmaş” ASC 16 noyabr 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 284 420 manatdır. Qanuni təmsilçisi Ağa Kərim Dardail oğludur. Geri qayıt |