Əsas Səhifə > Güney Press > Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb


26-04-2024, 10:41
Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
Bakı Ali Neft Məktəbində 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi
üzrə Biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb. Bu
tədris ilində hər ixtisas üzrə 50 nəfər qəbul planlaşdırılıb.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi
(ümumi təyinatlı), Biznesin təşkili və idarə edilməsi (maliyyə), Biznesin təşkili
və idarə edilməsi (menecment), Biznesin təşkili və idarə edilməsi (layihələrin
idarə olunması) ixtisaslarında tədris həyata keçirilir.
Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 manat məbləğindədir.

Geri qayıt