Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib

Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib


26-04-2024, 12:22
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon İcra Hakimiyyəti Yeni
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim,
akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zirvələrə
yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının
rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri,
şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin
nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə tamaşa etdilər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov
açaraq bildirdi ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva
həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində
əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım
Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi
olmuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük
uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək
qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.
Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim
olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri
adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir.
Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Ulu öndərin əsasını qoyduğu
quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Nəsimi rayon Ağsaqqalar Şurasının sədri, professor Vaqif Sadlinski, Azərbaycan
Tibb Universitetinin kafedra müdiri, professor, əməkdar elm xadimi, sabiq millət vəkili
Rafiq Məmmədhəsənov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
elmi işlər üzrə direktor müavini, professor Hicran Namazova çıxış edərək bildirdilər ki,
Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib,
yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin
ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Akademik Zərifə xanım Əliyevanın
zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental
əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Bütün bu uğurların kökündə
isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.
Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə
əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri
təqdim edildi.
Tədbir bədii hissə ilə davam etdi.

Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib

Geri qayıt