Əsas Səhifə > Güney Press > "Ermənistan yarandığı dövrdən ayrı-ayrı ölkələrə arxalanmaqla...

"Ermənistan yarandığı dövrdən ayrı-ayrı ölkələrə arxalanmaqla...


26-04-2024, 15:28
"Ermənistan yarandığı dövrdən ayrı-ayrı ölkələrə arxalanmaqla...
"Ermənistanda keçirilən mitinqlərdə toplantılarda Türk və Azərbaycan bayraqlarının yandırılması hələ də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələrin oludğunu aydın şəkildə göstərir. Çünki bu gün Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən, sərhədlərinin müəyyənləşdirilməsindən danışırsa, oradakı alternativ qüvvələr müharibə arzusundadırlar, silahlanmaya önəm verirlər və yenidən Azərbaycan torpaqlarının işğalına cəhd göstərirlər. Ancaq bu bəyanatların belə yersiz hərəkətlərin heç bir əhəmiyyəti yoxdur".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, bayrağı yandırmaqla və ya hansısa çirkin əmələ əl atmaqla, təhqiramiz ifadələr işlətməklə mübarizədə və müharibədə qalib gəlmək mümkün deyil. Deputatın fikrincə, qalib gəlmək üçün güclü təfəkkür, möhkəm iradə, düşünülmüş siyasət və birlik lazımdır. Bu da bu gün Ermənistanda yoxdur, olmayacaq da. Çünki Ermənistanın dövlətçilik ənənələri yoxdur. Bu dövlət formal yaradılıb.

“Yarandığı dövrdən də ayrı-ayrı ölkələrə arxalanmaqla özünün varlığını qoruyub saxlayır. Ancaq Azərbaycan dünyada möhkəm böyük nüfuza, inkişafa malik olan bir dövlət kimi formalaşır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səsi ən mötəbər tribunalardan eşidilir. Onun sülh çağırışları, insanların səadəti, xoşbəxtliyi uğrunda bəyanatları bəşəriyyət tərəfindən dəstəklənir və ölkəmizin rəhbəri özünün fikirlərini, düşüncələrini və sağlam hədəflərini əyani fəaliyyətlə həyata keçirir”-deyən Tahir Rzayev bildirib ki, məhz buna görə də Azərbaycan qalibdir, inkişafdadır.

Geri qayıt