Əsas Səhifə > Güney Press > "Azərbaycanın sülhə çağırdığı Ermənistan...

"Azərbaycanın sülhə çağırdığı Ermənistan...


26-04-2024, 19:02
"Azərbaycanın sülhə çağırdığı Ermənistan...
"44 günlük müharibə və 1 günlük lokal antiterror tədbirləri dünyaya sübut etdi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz fəaliyyətində qətiyyətli mövqe göstərməkdədir. Vətənin, xalqın və torpaqların azadlığı uğrunda mübarizdir. Azərbaycan ordusu güclüdür və xalqımız birdir. Bu uzaqgörənlik, bu qətiyyət və bu mübarizlik sözsüz ki, gələcək uğurlarımıza yol açır və düşməni sarsıdır, eyni zamanda Ermənistanın havadarlarını düzgün yol seçməyə məcbur edir. Bunu 4 kəndin qaytarılması da bir daha təsdiq edir".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb: "Ermənistan müharibədə məğlub olduqdan sonra sülh yoluna gəlmək, danışıqları davam etmək əvəzinə yenidən revanş götürmək silahlanmaq, havadarlar axtarmaq yolunu tutdu. Ermənistan bölgədəki siyasi imicinin səviyyəsini unudaraq Fransanın, Qərbin təkidi ilə bir çox təxribat həyata keçirildi. Qazaxın 4 kəndinin qaytarılması da şübhə altına alındı. Aqressiv qüvvələr, quldur dəstələri eləcə də Ermənistana havadarlıq edənlər bu kəndlərdə oldular, insanları müharibəyə səsləndirdilər, kəndlərin azad edilməsini Ermənistanın baş nazirinin bir xəyanəti kimi qələmə verdilər. Və Azərbaycan torpaqlarının qaytarılmayacağını bəyan etdilər. Ancaq İlham Əliyevin səbrli və təmkinli fəaliyyəti, düşünülmüş siyasəti özünü bir daha göstərdi. Sərhəddə törədilmiş təxribatlar və atəşkəsin tez-tez pozulmasına baxmayaraq, Azərbaycan Respublikasının prezidenti yenə də sülhə sadiq olduğunu bütün dünyaya bəyan etdi, Ermənistanı əməkdaşlığa gəlməyə səslədi. Bütün mərhələlərdə beynəlxalq hüquq normaları, dövlətlərin ərazidə bütövlüyü, suverenliyi məsələləri ortaya qoyuldu. Haqqın, ədalətin qalib gələcəyinə inam ifadə edildi".

“İndi artıq sərhədlərin müəyyənləşdirilməsinə başlanılıb. Son dövrdə istər Brüsseldə istər digər şəhərlərdə keçirilən tədbirlərin Fransanın aqressiv, təcavüzkar, məkrli məqsədlərinin həyata keçmədiyini görən Ermənistanın baş naziri artıq müəyyən məsələlərdə razılığa gəlməyə məcbur oldu. Ağıllı ermənilər eləcə də siyasi dairələr dərk edirlər ki, qonşu dövlətlərlə əlaqələri yaxşılaşdırmadan, Türkiyə və Azərbaycanla əməkdaşlığa meydan vermədən Ermənistanın gələcəyi yoxdur. Çünki nə Qərb, nə də Fransa Ermənistanı çətin gündə müdafiə edən deyil”-deyən deputat əlavə edib ki, onlar Ermənistandan bir oyuncaq kimi istifadə edir, öz məqsədlərini həyata keçirmək fikrindədirlər.

"Artıq "ağıllı" ermənilər bunu özləri bəyan edirlər. Kəndlərin boşaldılması da bunun nəticəsidir. Sözsüz ki, bu sülhə yaxınlaşmaq deməkdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu barədə özünün son çıxışlarında bir neçə dəfə bildirib və sülhə yaxın olduğumuzu bəyan etmişdir. Ancaq Ermənistanda müxtəlif aqressiv qüvvələr var. Ermənistan xaricində olan müəyyən siyasi dairələr və Ermənistanın havadarları, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını sülh müqaviləsinin bağlanmasını istəmirlər. Bu qüvvələrin bəziləri Qərbin, bəziləri Avropanın, bəziləri digər ölkələrin təsiri altındadırlar. Ona görə də Ermənistanda daimi olaraq qarşıdurmalar baş verir"- deyə deputat qeyd edib.

Geri qayıt