Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər26-04-2024, 15:41 |
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN – 1300025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə Yeniavaz.com-a “Aquavita”da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, daha əvvəl də ölkə mətbuatında bu barədə çoxsaylı məlumatlar dərc olunub. Aşağıdakı keçidlərə daxil olaraq onlardan bəziləri ilə tanış ola bilərsiniz: Hətta əmək haqqı ala bilmədikləri üçün şirkəti məhkəməyə verən işçilər də olub. Məsələn, ötən il “Tac” MMC-nin işçisi olmuş Qarayev Xasay Bəhrəm oğlu əmək haqqını ala bilmədiyi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb. Səslənən iddialarla bağlı məlumat almaq üçün “Tac” MMC-nin rəsmi saytında yer alan əlaqə telefonlarına zəng etsək də, şirkət əməkdaşları açıqlama verməkdən imtina etdilər. Geri qayıt |