Əsas Səhifə > Güney Press > Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşübmüş

Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşübmüş


26-04-2024, 16:07
Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşübmüş
Bakıda ölən körpə anasının qucağından düşübmüş.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb.

Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 13:42

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

Geri qayıt