Əsas Səhifə > Güney Press > Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq

Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq


26-04-2024, 18:56
Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Sabirabad rayonunda açılacaq DOST Mərkəzinin inşasını "Kriptonit İnşaat" QSC və "Mac Construction" QSC birgə həyata keçirəcək.

Agentlik tərəfindən QSC-lərə 9 594 996,47 manat ödəniş ediləcək. Artıq Agentliklə şirkətlər arasında müqavilə də bağlanıb.

Xatırladaq ki, DOST Agentliyi sözügedən tenderi ötən ilin dekabrında elan etmişdi. Sabirabad DOST Mərkəzinin layihələndirilməsi işlərinə isə 2020-ci ildən başlanılıb.

Qeyd edək ki, ölkədə hazırda 7 DOST Mərkəzi fəaliyyət göstərir. 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılması nəzərdə tutulur. Sabirabad DOST Mərkəzindən əlavə, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işləri aparılır.

Geri qayıt