Əsas Səhifə > Güney Press > Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb27-04-2024, 08:30 |
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb. Bu barədə dia-az.info-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Geri qayıt |