Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..

Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..


27-04-2024, 09:24
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindən çıxarılmaqda olan Rusiya “sülhməramlı”ları döyüşmək üçün Ukraynaya göndərilir.

Moderator.az xəbər verir ki, "Dialoq" nəşrinin yaydığı məlumata görə, bu barədə Rusiyanın “Müharibəyə yox” layihəsi “döyüşmək istəməyən” hərbçilərin iki mənbəsinə istinadla yazır.

“Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş hərbçilərin Gümrüdəki 102-ci hərbi bazadan Moskva və Rostov-na-Donu vasitəsilə cəbhəyə (Avdeyevka istiqaməti) göndərilməsi planlaşdırılır. Müharibədə iştirakdan imtina etməyə cəhd edənləri həbslə hədələyirlər”, - deyə layihədə bildirilir.

Geri qayıt