Əsas Səhifə > Güney Press > İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır...

İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır...


27-04-2024, 10:16
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır...
Hesab edirəm ki,Azərbaycan Respublikasının Vergi Məcəlləsində bu barədə müvafiq əlavə və ya dəyişiklik edilməli, işçilərin bu sahədə olan hüquqları bərpa olunmalı, onların AR-n VERGİ MƏCƏLLƏSİ ilə nəzərdə tutulan bu GƏLİRLƏRİ DƏ-GƏLİR VERGİSİNDƏN AZAD OLUNMALIDIR.
Hal hazırda qüvvədə olan Azərbaycan Vergi Məcəlləsində: "İşçilərin sayının və ya ştatların ixtisar edilməsi" ilə əlaqədar olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verildikdə, işçilərə ödənilən müavinət və ya kompensasiyalar - gəlir vergisindən azad olunur.
Lakin, praktikada yerli şirkətlərdə çox az rast gəldiyimiz, xarici şirkətlərdə isə tez-tez rast gəldiyimiz belə əmək münasibətləri də olur. İşəgötürən və İşçi olmaqla hər iki tərəfin qarşılıqlı və Ya könüllü Razılaşması əsasında əmək müqaviləsi ləğv edilir və Razılaşma əsasında: işçiyə bu xitamla əlaqədar əmək haqqının 3, 6,12 və sair məbləğdə-müavinət və ya kompensasiya ödənilir.
Qeyd olunan və işçiyə edilən ödəmələr isə, əmək müqaviləsinin ləğvi ilə əlaqədar olan müavinət və ya kompensasiya ödənişi kimi deyil, bir qayda olaraq işçiyə ödənilən əmək haqqı kimi nəzərdə tutulur və təbii ki, bu halda ondan gəlir vergisi tutulur.
İşçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi zamanı işçiyə ödənilən bu ödənişlərin gəlir - vergisinə cəlb olunmasını düzgün və ədalətli hesab etmirəm:
Bildirirəm ki, bu ödəniş ilk görünüşdə: işçi ilə - işəgötürən arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə ödənilən əməkhaqqı kimi görünsə də, məzmunca bu ödənişlər: İşçinin Əmək müqaviləsi ilə təyin olunmuş əmək haqqı və ya onun tərkibinə daxil olan digər ödəniş deyildir, xitamla əlaqədar işçiyə əvəzödəmək məqsədi ilə verilən, onun işdən azad edilməsi məqsədilə verilən kompensasiya xarakterli bir ödənişdir və ya MÜAVİNƏTDİR. Bu əsasdan da, yəni, işçiyə ödənilən bu ödənişlər: Əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işçiyə ÖDƏNİLƏN- KOMPENSASİYA VƏ YA MÜAVİNƏT xarakterli Ödəniş olduğuna görə bu ödənişlərdən gəlir VERGİSİNİN tutulmaması, GƏLİR vergisindən azad olunması daha ƏDALƏTLİ VƏ QANUNİ olardı.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.info

Geri qayıt