Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Buna görə işçi ilə işəgötürən arasında mübahisə yaranır...
Buna görə işçi ilə işəgötürən arasında mübahisə yaranır...12-07-2024, 09:53 |
![]() Əmək münasibətlərində daha bir mübahisəli və narazılıq yaradan mövzu: Müddətli əmək müqaviləsinin müddəti qurtardığl halda əmək müqaviləsinə xitam verilərsə, bu halda İşçiyə - İşəgötürən tərəfindən əvvəlcədən XƏBƏRDARLIĞIN verilməsi mütləqdirmi? Bu əmək münasibəti də bir çox hallarda İşçi və İşəgötürən arasında da mübahisələrə səbəb olur. Müddətli Əmək müqaviləsi bağlayan hər bir İşçinin bu şərtləri bilməsi vacibdir: 1. Əmək Məcəlləsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda bu əmək müqaviləsinə xitam verilə bilər. 2. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, yalnız İşəgötürən tərəfindən deyil, həm də İşçi tərəfindən - hər hansı bir səbəb və ya bəhanə olmadan ləğv edilə bilər 3. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda: istər İşçi, istərsədə İşəgötürən tərəfindən Əmək müqaviləsi ləğv edilərkən, AR-nın Əmək Məcəlləsində: ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ verilməsi nəzərdə tutulmur. 4. Müddətli əmək müqaviləsinin müddəti qurtardığı halda, İşəgötürən və ya İşçi heç bir səbəb, əsas və ya digər səbəb göstərmədən Əmək müqaviləsinə xitam verə bilər. 5. Əlbəttə, ədalət və ya məntiq tərəfdən baxdıqda, əgər işçinin ştatı ləğv olunmursa, onun fəaliyyətinə ehtiyac varsa,nədən həmin işçinin əmək müqaviləsi LƏĞV olunur? kimi haqlı sual da vermək olar. Lakin, hər bur işçi bilməlidir və buna hazır olmalıdır ki, Əmək müqaviləsinin müddəti qurtardığı halda İşəgötürən hər hansı bir bəhanə, səbəb və ya əsas göstərmədən onunla bağlanmış Əmək müqaviləsini bu halda ləğv edə bilər. Və bu hər bir halda qanuni və əsaslı olacaq. 6. Bu halda işçi ilə əmək müqaviləsinin ləğvi - İş yerlərində tələb və təklif arasında fərqlər olmasındadır. AR-nın Əmək Məcəlləsində: mövsümü, qısa müddətli və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanması da nəzərdə tutulur, bu həm qanuni, həm də məntiqlidir. Lakin: 7. Təklif olunan iş yerlərinin təklifdən az olması, işəgötürənlərin də bundan qərəzli surətdə sui istifadə etməsi, özü də kütləvi olaraq əksər işçilərə şamil etmələri, həm də müddətli əmək müqavilələrinin daimi xarakter daşıyan iş və xidmətləı də şamil etməlıti sübut edir ki, Əmək Məcəlləsində bu barədə olan maddi hüquq normalarında müvafiq dəyişikliklər edilməli və bu sahəyə dövlət nəzarəti həyata keçirilməlidir. Bu həm Dövlət Əmək Müfəttişliyi, həm də Həmkarlar təşkilatı tərəfindən də ola bilər. İlk olaraq belə bir suala cavab tələb olunmalıdır: HANSI SƏBƏB VƏ ƏSASLARDAN DAİMİ XARAKTER DAŞIYAN İŞ VƏ XİDMƏTLƏRDƏ İŞÇİLƏRİN ƏKSƏRİYYƏTİ İLƏ MÜDDƏTSİZ DEYİL, MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİ BAĞLANILIR? Sübut etməyə ehtiyac yoxdur ki, müddətli əmək müqaviləsi bağlamaq heç bir işçinin arzusu, qarşılıqlı razılığı və ya iradə ifadədi deyil. 8.Əmək Məcəlləsində bu barədə olan maddi hüquq normalarında müvafiq dəyişikliklər edilməsi, bu sahəyə dövlət nəzarətini artırmaq barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi dəfələrlə Milli Məclisə və aidiyyəti üzrə dövlət qurumlarına təkliflər vermişdir. 9. Sual olunur, əgər işçilər müddətli əmək müqaviləsi bağlandığı halda, bu müddət qurtardığı zaman iş yerlərini itirəcəklətini bildikləri halda nədən müddətli əmək müqaviləsi bağlayırlar? Bunun həm obyektiv, həm də subyektiv səbəblər vardır. 10. Bu səbəblərdən biri - iş yerlərinə olan təklifin, tələbdən az olmasıdır. 11. Digər səbəb daha sadədir. İşçi bilir ki, işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq təklifinə razılıq verməsə, sadəcə olaraq onunla əmək müqaviləsi bağlamadan imtina ediləcək. 12.Üçüncü bir səbəb isə işəgötürən, xüsusən də işçinin müddətli əmək müqaviləsinə formal yanaşmasıdır. İşçi hesab edir ki, hətta müddətli əmək müqaviləsi bağlansa və ya müddət qurtarsa belə əmək münasibətləri davam edəcək və əmək müqaviləsi ləğv edilməyəcək. 13. Digər bur səbəb isə işçilərdə arxayınlıq yaranmasıdır. Belə ki, əmək müqaviləsində göstərilən müddət qurtardığı halda, əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu halın bir neçə dəfə davam etməsi, yəni, müddəti qurtarmış işçi ilə bu müddətin bir neçə dəfə artırılması da işçidə bunun daimi olması qənaəti yaradır. 14. Bir çox hallarda bu vəziyyətlərdə işçilərlə əmək münasibətləri davam etdirilir, bu hal da işçilərdı arxayınlıq yaradır, əksi olduqda isə, buna hazır olmayan, yeni işə düzələ bilməyən işçilər üçün çox bu böyük stress və həyacan yaradır. 15. Yekun olaraq bildirmək istəyirəm ki, nə qədər çətin və mürəkkəb olsa da, hər bir işçi çalışmalıdır ki, müddətsiz əmək müqaviləsi bağlasın, əks halda bunun nəticələrini göz altına almalıdır. Çox təəssüf ki, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin, hətta qərəzli niyyət və sui istifadə halları olsa belə işçinin işə bərpa olunmasının hüquqi əsası və mexanizmi yoxdur!!!!! Müəllif: Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - Dia-az.İnfo Geri qayıt |