Nə verirlər ye... Allahına şükür elə... - “Xəzəriaşə” ÖZBAŞINALIĞI...
Tarix: 25-06-2024, 08:18 | Çap et
 SOCAR “28 May” Neft və Qazçıxarma İdarəsinin Neft Daşlarında yerləşən Qazın ilkin Hazırlanması və Kompressor Təsərüfatı Sahəsinin mühəndisi Elman Abdullayev “Xəzəriaşə”-nin neftçilərə təklif etdiyi qidaların keyfiyyətindən şikayətçidir. Abdullayev deyir ki, qidaların keyfiyyəti ilə bağlı narazılıqlarından sonra tədbir görmək əvəzinə onun əleyhinə ifadələr alınır, hər vasitə ilə işinə maneələr törətməyə çalışırlar.
Meydan TV-yə müraciət edən neftçinin sözlərinə görə, 2010-cu ildən bu sahədə çalışır.
“İşçilər dəfələrlə “Xəzər iaşə” MMC-dən narazılıqlar ediblər. Aprelin 12-də qidaların saxlanma anbarına baxış keçirilməsi tələbi rəis müavini və sosial işlərə cavabdeh olan komendant tərəfindən rədd edilsə də, çoxsaylı isrardan sonra baxışa razılıq verildi”,-şikayətçi bildirib.
Onun sözlərinə görə, rəis müavini, stansiyanın bir neçə mühəndisi və işçiləri tərəfindən ərzaq anbarında aparılan baxış zamanı selofan bağlamanın içərisində qana bulaşmış, mənşəyi məlum olmayan, preslənmiş halda, keyfiyyət sertifikatı olmayan təxminən 70-80 kiloqrama qədər ət məhsulu, o cümlədən növbəti gün üçün hazırlanmalı olan menyuya əlavə edilən dünənki menyudan qalmış toyuq ətinin hissələri və digər ərzaqlar aşkarlanıb. Bununla bağlı yerində AKT tərtib edilib. İşçilər həmin ət və digər ərzaqların ləğv edilməsini tələb ediblər:
“Bizə verilən vədlər yerinə yetirilmədi, həmin məhsullar dolayı yollarla təkrar emal edilərək yenidən istifadəyə buraxıldı. Yenidən bu iş böyük narazılığa səbəb olsa da, əhəmiyyət verən olmadı”.
Şikayətçi deyir ki, narazı neftçiləri susdurmaq üçün çirkin iftiralara əl atılıb, hətta MMC-nin qadın əməkdaşına söz atmaq kimi iftiralar səsləndirilib. Yuxarı qurumlara şikayət edənlərin işlərində nöqsanlar aşkarlanmağa başlayıb.
““Xəzəriaşə” işçiləri dəyişməklə bütün problemləri onların hesabına yazdı. İşçiləri dəstəklədiyim üçün idarənin rəhbərliyi və “Azneft” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri tərəfindən təhdid olunmağa başladım. Mənə axırıncı xəbərdarlıqla şiddətli töhmət verildi. Səbail Rayon Prokurorluğuna ünvanladığım məktuba prokurorluq yox, “Azneft” İB-nin Baş direkoru Əli Qurbanov tərəfindən cavab yazılıb”,-Abdullayev söyləyib.
Cavab məkubunda bildirilir ki, Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədova ünvanladığınız ərizəniz “Azneft” İB-nin aidiyyəti əməkdaşları tərəfindən yerində və sizin iştirakınızla araşdırılıb. Ərizənizdə göstərilənlərin araşdırılması məqsədilə “28 May” NQÇİ-nin QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasına və yeməkxananın mətbəxinə, həmçinin qida məhsullarının saxlanıldığı ərzaq anbarlarına baxış keçirilib, işçilərə verilən isti yeməklərin və qida məhsullarının keyfiyyəti araşdırılıb, lakin heç bir neqativ hal aşkarlanmayıb.
Abdullayev deyir ki, neftçilər üçün gündəlik ayrılan ərzaq məhsullarının dəyərinin nağd ödənilməsini istəyir. Çünki “Xəzəriaşə”nin təklif etdiyi məhsullar keyfiyyətsiz olduğundan bir çox neftçi kimi o da müxtəlif xəstəliklərdən əziyyət çəkir. Amma ona bildiriblər ki, SOCAR və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 06.12.2018-ci il tarixili Əmr-Qərarının 3-cü bəndinə əsasən Neft Daşları ərazisində yerləşən QİHN və KTS-nin SKS-də çalışan, habelə həmin obyektlərə ezam olunan və göndərilən işçilər gündəlik pulsuz isti yeməklə təmin edilir və onlara Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun gündəlik yemək xərcləri əvəzinə əlavə ödəniş tətbiq edilmir. Odur ki, gündəlik yemək xərcləri əvəzinə əlavə ödənişin işçiyə ödənilməsi məqsəduyğun hesab edilmədiyindən həmin vəsaitin ödənilməsi mümkün deyil:
“Anbarda aşkarlanan faktla bağlı akta 32 işçi imza atıb. Belə çıxır ki, işçilərin imzaları sübut deyil. Biz “Xəzəriaşə” nin ödəniş əsasında neftçiləri yeməklə təmin etməsini tələb edirik. Belə olduğu halda keyfiyyətinə güvəndiyimiz qidaları ala bilərik. Keyfiyyətsiz qida və digər problemlərlə bağlı müntəzəm şikayət etdiyim üçün kənar sahələrdə işləyən, heç vaxt bizim sahəyə ezam olunmayan, tanımadığım on nəfərin imzası əsasında şiddətli töhmət almışam. Məsələnin SOCAR deyil, digər əlaqədar orqanlar tərəfindən işçilərin iştirakı ilə araşdırılmasına köməklik istəyirəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03 |
|
|
|
• Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00 |
|
|
|
• Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29 |
|
|
|
• Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26 |
|
|
|
• Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14 |
|
|
|
• "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09 |
|
|
|
• Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05 |
|
|
|
• “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02 |
|
|
|
• Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00 |
|
|
|
• “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01 |
|
|
|
• Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53 |
|
|
|
• Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48 |
|
|
|
• Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45 |
|
|
|
• DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36 |
|
|
|
• “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30 |
|
|
|
• İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19 |
|
|
|
• Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15 |
|
|
|
• Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11 |
|
|
|
• Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09 |
|
|
|
• Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
• Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55 |
|
|
|
• İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53 |
|
|
|
• “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46 |
|
|
|
• USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39 |
|
|
|
• Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38 |
|
|
|
• "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32 |
|
|
|
• Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11 |
|
|
|
• MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48 |
|
|
|
• Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44 |
|
|
|
• AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41 |
|
|
|
• “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15 |
|
|
|
• Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13 |
|
|
|
• Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09 |
|
|
|
• SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07 |
|
|
|
• Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
• "Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52 |
|
|
|
• Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48 |
|
|
|
• İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10 |
|
|
|
• Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02 |
|
|
|
• Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00 |
|
|
|
• “Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58 |
|
|
|
|