Goranboyda İLK DƏRS GÜNÜ: Məktəbli BIÇAQLANDI .....                     Xocalı qatili Seyran Ohanyan SƏRSƏMLƏDİ: .....                     "Müalicənin xeyri yoxdur... .....                     "Zəngəzur və körfəzdəki adalar məsələsində əks mövqedə dayanan Rusiya .....                     Revanşist keşiş Ermənistan parlamentində .....                     Müşviqin gənc qadınla səmimi rəqsi müzakirə yaratdı .....                     Ordudan oğurlayıb Nəcməddin Sadıkova hər il 5 milyon manat veriblər .....                     MSK növbədənkənar parlament seçkilərinə .....                     “MTN işi” üzrə zərərçəkənlər növbəti dəfə Ədliyyə Nazirliyi önünə toplaşır .....                     TƏBİB də “qara siyahı”ya düşdü .....                     Xatirənin paylaşımı QARŞIDURMA YARATDI: .....                     BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub  .....                     Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır .....                     Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq .....                     Paşinyan Gürcüstana işgüzar səfərə gedib .....                     Ermənistandan savaş açıqlaması: .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək .....                     Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? .....                     Ermənistan iki ittifaq arasında tarazlıq axtarır .....                     Azərbaycanda həyəcan təbili: .....                     Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Məmurlar biz vətəndaşları SAYA SALMIR..." .....                     Mamicanyan Paşinyanı yerdən-yerə vurdu .....                     Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI .....                     Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir .....                     Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək .....                     Dillər Universitetində vəzifələr SATILIR? .....                     İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar .....                     Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? .....                     ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə .....                     327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib .....                     “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi .....                     Özünü şəhidin xanımı kimi təqdim etdi .....                     “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” .....                     Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib .....                     İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri .....                     “O vaxt kanallar bəstəkarı dinləyirdi, .....                     Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... .....                     Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır .....                 

"Kamal Abdullayev heç də Ostap Benderdən geri qalan oğlan deyil..." - İFŞA FAKTI
Tarix: 30-08-2024, 08:40 | Çap et
"Kamal Abdullayev heç də Ostap Benderdən geri qalan oğlan deyil..."
"Bu günlərdə internetdə vaxtilə tarix dərsində öyrəndiyim, kontinental Avropanın əksər ölkələrində mövcud olmuş bir qayda rastıma çıxdı: “Vassalımın vassalı mənim vassalım deyildir”. Elə həmin ifadə məni bu yazını yazmağa sövq etdi". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Kamal Abdullayevin 2023-cü ilin 21 iyulunda kulis.az saytına verdiyi müsahibədə utanmadan “Mənim dilimə iradı olanın Azərbaycan dilindən xəbəri yoxdur” deməsini keçən yazımda xatırlatmışdım. Həmin müsahibədə o həm də vaxtilə Nobel mükafatı almaq üçün Nobel komitəsinə təqdim olunmuş “Yarımçıq əlyazma”ya görə namizədliyinin qeydə alındığını, başqa sözlə, Nobel mükafatına namizədliyə Azərbaycandan onun namizəd olduğunu bildirir. Nobel qardaşları sağ olsaydı, yəqin ki, “vassalımın vassalı” analogiyası ilə “Nobel mükafatına namizədliyə namizəd bu mükafata namizəd deyildir” deyərdilər. Lakin Kamal Abdullayevin namizəd deyil, artıq sahib olduğu başqa xeyli “titul”u vardır. Onlardan ən başlıcası “Böyük kombinator” tituludur.
Oxucuların, yəqin ki, əksəriyyəti İlya İlf və Yevgeni Petrovun “Qızıl buzov” və “On iki stul” romanlarının mənfi qəhrəmanı Ostap Benderi xatırlayır. O, “əhalidən pul əldə etməyin dörd yüz nisbətən doğru üsulu”nu bildiyini deyirdi. Ona görə də müəlliflər “Qızıl buzov” romanının bir fəslini Ostap Benderin şərəfinə “Böyük kombinator” adlandırmışlar.
Kamal Abdullayev heç də Ostap Benderdən geri qalan oğlan deyildir. Onun “nisbətən doğru üsullar”la əldə etdiyi pulların mənbələrinə baxaq:
1. Qış və yaz imtahan sessiyaları,
2. Qaiblər,
3. İşə “imkanlı adamlar”ın yaxınlarının götürülməsi,
4. Vəzifələrə təyinatlar,
5. Adı Universitetin tələbələrinin siyahısında olan, əslində isə oxumayan tələbələr,
6. Saxta diplom alveri,
7. İstehsalat praktikasında iştirak etməyənlər,
8. Almaniyada təhsil almaq üçün tələbə toplanması və göndərilməsi işində Universitetin dilerliyi,
9. Universitetin xarici ölkələrdə yaradılmış mərkəzləri,
10. Universitet əməkdaşlarının əmək haqqının artırılmasına yönəlməli olan maliyyə vəsaiti,
11. Universitetin maddi təchizatı və s.
Lakin Kamal Abdullayevin Böyük kombinatorluğu təkcə pul əldə etməklə məhdudlaşdmır. Onun elmi və bədii yaradıcılıq sahəsində kombinatorluğu da çox diqqətəlayiqdir. Əvvəlcə onun əsərlərinin bəzilərinin adlarına baxaq:
- “Yarımçıq əlyazma” (roman),
- “300 azərbaycanlı” (2007),
- “Qatardakı adam” (hekayə, 2024).
Bu adlar sizə heç nə demirsə, mən mənbələri xatırladım:
- И.А.Бунин. О Чехове. Неоконченная рукопись. Нью-Йорк, 1955.
- Раиса Белоглазова. Незаконченная рукопись. Улан-Уде, 1958.
- “300 спартанцев”. Американский эпический исторический фильм режиссера Зака Снайдера, вышедший в прокат в 2007 г.
- “Человек с поезда” – германо-франко-британская драма, снятая в 2002 г. режиссером Патрисом Леконтом.
Deyə bilərsiniz ki, vaxtilə “Leyli və Məcnun” mövzusunda da çox əsərlər yazılmışdır. Haqlı olarsınız, lakin “Leyli və Məcnun” Yaxın və Orta Şərq xalqlarında bir məhəbbət konseptdir və bu xalqların mentaliteti ilə bağlıdır. Kamal Abdullayev isə bu adları mənimsəmişdir. Əlbəttə, onun əsərlərinin məzmunu fərqlidir, lakin ideyaları oğurluqdur.
Böyük kombinatorun fəaliyyəti “ideya oğurluğu” ilə bitmir. O, başqalarının yazdıqlarından ustalıqla “yararlanaraq” öz fikri kimi təqdim edir. X.L.Borxesdən götürdüklərini özü də etiraf edir və bunu guya onun əsərlərini çox sevməsi ilə izah edir. Əslində isə, onun başqa yolu yoxdur, çünki götürdüklərini gizlətmək çox çətin olardı.
Kamal Abdullayevin adının özü qüsurlu olan “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud dastanı” (Bakı, 2020) kitabını oxuyanda qarşıma tanış parçalar, müqayisələr çıxdı (addakı “kitab” sözünün elə “dastan” mənası verdiyi və müəllifin burada tavtologiyadan xəbərsiz olduğu barədə əvvəlki yazılarımdan birində bəhs etmişdim). Həmin parçalardan birini sizə təqdim edirəm.
Aşağıdakı birinci sitat mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) kitabından, ikincisi isə Kamal Abdullayevin həmin əsərindəndir:
1. “... Эти различия объясняются особенностями географического расположения, а значит, соответствующей флорой и фауной, климатом, влиянием культуры пограничного народа. Конечно, существенное объединяющее начало соединяет эти различия в единую культуру, формирует единый этнос, нацию. В стихотворении великого азербайджанского поэта Бахтияра Вагабзаде “Шеки” эта мысль представлена предельно точно:
Я бакинец, гянджинец, ширванец, клянусь,
Ленкорань, нет родней ничего,
А еще я душой к Карабаху тянусь,
Но шекинец я, прежде всего!
Все азербайджанцы одинаково представляют себе Родину, Азербайджан, с его государственными атрибутами, расположение на карте мира, моральные ценности, любят героев азербайджанских сказок и мифов. Но ответ на традиционный вопрос “с чего начинается родина?” (песня из кино-фильма “Щит и меч”, на стихотворение Михаила Матусовского) даже в рамках одного народа неоднозначен” (с.82).
2. “Vətən ancaq çöldən-biyabandan, dağdan-daşdan, sərhədlərdən başlamır. Sovet dövründə bir məşhur rus filmi vardı. O filmin leytmotivi, aparıcı mahnısının sözləri bu cür idi – с чего начинается родина (Vətən nədən başlanır?). Çox maraqlı bir şeir parçası idi. O şeirdə deyilirdi ki, vətən heç də hansısa bir ucqar nöqtədən, ağacdan, sərhəd dirəklərindən başlamır. Vətən bir dostun baxışından, isti münasibətindən başlaya bilər. Vətən insanlığa sevgidən başlaya bilər. Bilirsinizmi, əslində, Vətən bütün Yer kürəsidir. Və bu, həqəqətən, əsl insanlar üçün belədir. Vətən Yer kürəsidir deyəndə mənim yadıma Azərbaycan haqda yazılmış bu məşhur misralar düşür:
El bilir ki, SƏN mənimsən,
Yurdum, yuvam məskənimsən...
Bu misralar bizə nə deyir? Bunun bir çox cavabı ola bilər. Gəlin, bu gözəgörünməz dərinliyə kiçik bir gəzinti eləyək. Doğrudan da, diqqətlə düşünsək, tapa bilərikmi bu nə deməkdir?! Şairin dediyi nədir?! ...” (s.15).
Belə manipulyasiyalara, adları, fikirləri dəyişdirməklə özününküləşdirmə hallarına onun əsərlərində tez-tez rast gəlmək olar.
P.S. Növbəti yazıda Kamal Abdullayevin başqa kitablarındakı kombinatorluğundan bəhs edəcəyik".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda İLK DƏRS GÜNÜ: Məktəbli BIÇAQLANDI - TƏFƏRRÜAT
Bu gün, 14:04
Xocalı qatili Seyran Ohanyan SƏRSƏMLƏDİ: - “Qarabağ məsələsi hələ qapanmayıb”
Bu gün, 14:02
"Müalicənin xeyri yoxdur... - Əməliyyat üçün də taqətim yoxdur"
Bu gün, 14:01
"Zəngəzur və körfəzdəki adalar məsələsində əks mövqedə dayanan Rusiya İrana xəncər vurub"
Bu gün, 14:00
Revanşist keşiş Ermənistan parlamentində
Bu gün, 13:57
Müşviqin gənc qadınla səmimi rəqsi müzakirə yaratdı - VİDEO
Bu gün, 13:56
Ordudan oğurlayıb Nəcməddin Sadıkova hər il 5 milyon manat veriblər – MƏHKƏMƏDƏ SENSASİON İFADƏ
Bu gün, 13:55
MSK növbədənkənar parlament seçkilərinə YEKUN VURDU
Bu gün, 13:48
“MTN işi” üzrə zərərçəkənlər növbəti dəfə Ədliyyə Nazirliyi önünə toplaşır - AÇIQLAMA
Bu gün, 13:46
TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi
Bu gün, 13:38
Xatirənin paylaşımı QARŞIDURMA YARATDI: - “Elə ona bənzəyirsən”
Bu gün, 13:34
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub  - FOTO
Bu gün, 13:24
Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır - ÇİN YOLU BAĞLANIR?
Bu gün, 13:22
Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq - AÇIQLAMA
Bu gün, 13:20
Paşinyan Gürcüstana işgüzar səfərə gedib
Bu gün, 13:17
Ermənistandan savaş açıqlaması: - “Plan qururuq, bütün sərhəd boyunca...”
Bu gün, 13:06
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək - The Economist
Bu gün, 13:04
Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? - ETİRAZ VAR...
Bu gün, 13:02
Ermənistan iki ittifaq arasında tarazlıq axtarır - “Nezavisimaya qazeta”
Bu gün, 13:01
Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Bu gün, 12:58
Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq
Bu gün, 12:56
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:50
"Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY
Bu gün, 12:42
Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Bu gün, 12:35
Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI - içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə ƏLƏ KEÇDİ
Bu gün, 12:33
Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir - Paşinyanın partiyası
Bu gün, 12:29
Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək - The Economist
Bu gün, 12:25
Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18
Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08
327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02
Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00
“İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51
İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48
Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44
Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42
Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37
Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35
Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28
Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21
Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12
Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11
Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10
“Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08
İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07
Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru