Əsas Səhifə > Gündəm, Manşet > Dərdin varsa, gərək işə rəhbərlik qarışa...

Dərdin varsa, gərək işə rəhbərlik qarışa...


15-03-2024, 08:48
Dərdin varsa, gərək işə rəhbərlik qarışa...
Həmkarlar təşkilatı ləğv olunsa nə olacaq? Bu işçilərin problemini həll edəcəkmi? Öz vəzifəsini yerinə yetirib - yetirilməməsindən asılı olmayaraq bu təşkilat - işçilərin hüquq və mənafelərini qoruyan təşkilatdır. Təbii ki, bütün bu həqiqətlər hər kəsə bəllidir. Lakin əgər sözügedən təşkilat nəinki vəzifəsinin öhdəsindən gəlmir, əksinə, kimlərinsə qazanc yerinə çevrilibsə... Necə ki, "Azəriqaz"da bu belədir...
Dia-az.info sözügedən qurumda təmirçi-çilingər işləyən Elmin Rəhimovun gileyini təqdim edir:
"Mən 13 ildir "Azəriqaz"da işləyirəm və bu illər ərzində hələ ki bir dəfə də olsun həmkarların sədri və nümayəndəsi kimdir tanımıram. Ona görə ki, onlar üçün işçilərin hüqüqlarının qorunması əsas deyil. Bunu da təsdiq edə bilərəm ki mənə işlədiyim müddət ərzində cəmi 200 manat köməklik ediblər. Uşağımı əməliyyat elətdirdim... lazımı hüquqi sənədləri aldım və hətta aptekdən alacağım dərmanların belə çeklərini versəm də, qarşılığında mənə yeddi aydan sonra 100 manat ödədilər. Onu da bizim direktor köhnə sədr Ruslan Əliyevə məsələylə bağlı müraciətimi bildirdikdən sonra ödənildi.
Elə burdan Cənab Prezidentə müraciət edərək bildirirəm ki, bu haqsızlığı aradan qaldırmaq üçün Prezidentimizdən xahiş edirəm, Nazirlər kabinetinin qərarlarına idarələr normal əməl etmədiyi üçün Nazirliyə tapşırıqlarınızı verin... insanların haqlarının tapdalanmasının qarşısını alsınlar...."

Geri qayıt