Əsas Səhifə > Gündəm, Manşet > Fuad Nəcəfli Sədərək təqaüdçilərini SINAĞA ÇƏKİR?

Fuad Nəcəfli Sədərək təqaüdçilərini SINAĞA ÇƏKİR?


28-03-2024, 08:20
Fuad Nəcəfli Sədərək təqaüdçilərini SINAĞA ÇƏKİR?
Sədərək təqaüdçilərinin Ovqat.com-a verdiyi məlumatdan belə anlaşılır.
Şikayətçilərin dediklərinə görə, artıq iki aydır nə pensiyalarını, nə də onunla bərabər verilən Prezident təqaüdünü ala bilirlər.
Bildirilir ki, Naxçıvanda fevral və mart ayında pensiya üzünə həsrət qalan yalnız sədərəklilər də deyil. Onlarla yanaşı, Kəngərli və Şərur rayonunun təqaüdçüləri də pul üzünə həsrət qalıblar.
“Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gündə min bir bəhanə gətirib bizim təqaüdləri vermək istəmir. Gah deyir ki, internet sistemində problem var, gah da başqa məsələləri bəhanə edir. Əslində isə belə deyil. Naxçıvanın 7 rayonunun 4-də pensiya və Prezident təqaüdləri verilib. Yalnız Sədərək, Şərur və Kəngərli rayonları qalıb”.
Şikayətçilərin sözlərinə görə, rayonlardan birinin pensiyaçılarına da eyni qaydada təqaüd vermirmişlər: “Eşitmişik ki, onlar gedib Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini daşa tutublar. Səhərisi gün pensiyaları verilib. Naxçıvan rəhbərliyi rəsmən bizi də eyni yolla haqqımızı almağa vadar edir”, - Sədərək pensiyaçıları belə deyib.

Geri qayıt