Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                 

Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
Tarix: 30-12-2022, 09:58 | Çap et
Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR?
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bəs keçən tədris ilinin sonunda dövlət imtahanları necə keçirildi? Çox biabırçı vəziyyətdə. İmtahanlar şifahi formatda keçirildi. Tələbələr imtahandan yarım saat əvvəl elektron sistemə daxil olaraq, onlara hansı suallar düşdüyünü öyrənirlər. Bundan sonra imtahan başlayana qədər yarım saat müddətində həmin sualları mühazirə konspektləri materiallarının mobil telefonda və ya çap olunmuş kağızlardakı mətnlərindən oxuyub, öyrənirlər. Sonra imtahana daxil olurlar və həmin materiallar yenə də imtahan getdiyi 2-3 saat müddətində qarşılarında stolun üstündə açıq şəkildə qalır və bunu heç kim onlara qadağan etmir (???). Bu 2-3 saat müddətində heç nəyə hazırlaşmayan tələbə də ona düşən 5 sualı oxuyub, əzbərləyə bilir. Tələbə yalnız cavab vermək üçün ayağa qalxdıqda bu materiallardan ayrılır. Ancaq elə hallar olub ki, tələbələr komissiya qarşısında cavab verməkdə ikən deyirlər ki, müəllim, yadımdan çıxıb, olar bir də telefonumu götürüb baxım? Komissiyanın sədri də deyir, “bala, niyə olmur, olar, götür bax”. Belə imtahandan kim inciyər ki? Buna heç hazırlaşmaq da lazım deyil, nəinki 4 ay çalışıb, buraxılış işi layihəsini işləmək. Qəribəsi odur ki, bütün bu biabırçılıq “innovativ metodlardan” istifadə etməklə, yəni video kameraların çəkilişi şəraitində baş verir və imtahan zamanı tələbələrin istədikləri materiallarının qarşılarında olmaları və onlardan istifadə etmələri də çəkilişə düşür. Tələbələrlə şəxsi söhbətdə soruşanda ki, “bəs bu ixtisaslara həvəsiniz yoxdursa, niyə bu universitetə daxil olmusunuz?”, çoxu cavab verir ki, “ona görə ki, deyirlər ki, burada oxumadan da universiteti bitirmək olur”. Həqiqətən, Texniki Universitetin iki fakültəsindən başqa qalan fakültələrə abituriyentlər qəbul imtahanında toplanılan 200 balla daxil olurlar. Buna görə də təəccüblü deyil ki, AzTU-da tələbələrin əvəzinə müəllimləri “yenidən oxudurlar”, tələbələrdən isə yalnız dərsə gəlib-getmək, görüntü yaratmaq tələb olunur. Müəllimlər rəhbərlik tərəfindən hədsiz mənəvi təzyiqlərə məruz qalırlar, onları sübut edilməmiş “cinayətkar keçmişləri” ilə hədələyərək, şantaj edirlər, üzüyola olmağa məcbur edirlər. Bu kompaniyaya tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli də yaxından qoşulub. O da professional tədris işçisi deyil, baxmayaraq ki, nominal olaraq bir neçə il ADNSU-də kafedra müdiri işləyib (unun tərcümeyi-halından görünür ki, o yer qalmayıb ki, orada işləməsin). Nurəli Yusifbəyli AzTU-da imic qazanmaq üçün özünü bürokrat kimi göstərməyə çalışır. Tədris prosesində sillabus adlanan bir sənəd vardır ki, bu da sadəcə olaraq, fənn üzrə tədris olunan mövzuların təqvim planı deməkdir, vəssalam. Əvvəllər 3-4 səhifədən ibarət olan sillabusları indi N.Yusifbəyli 20-25 səhifəyə çatdırıb. Sillabuslar hər semestr başlayanda təsdiq edilməlidir. N.Yusifbəyli və onun tədris personalının “diqqəti” nəticəsində isə bunlar semestrin sonuna qədər də təsdiq edilib qurtara bilmir və dəfələrlə yenidən çap edilir. Kafedralarda onlarla kiloqram yararsız sillabuslar qalaq-qalaq yığılıb, qalır. Sillabus təsdiq etdirmək indi AzTU-da bir epopeyaya çevrilib. N.Yusifbəyli özünə zəhmət verib, sillabuslardakı saysız-hesabsız cədvəl və rəqəmlərin necə hesablanması haqqında bir göstəriş də hazırlayıb, kafedralara vermir ki, başa düşsünlər ki, o nə istəyir. Yeri gəlmişkən bir məsələni də qeyd edək. Hər tədris ili başlanana qədər müəllimlərin illik tədris yükü planları təsdiq edilməlidir. Əvvəllər belə də olurdu. Son üç ildə isə tədris ilinin yarısı keçir, tədris yükü təsdiq edilmir ki, edilmir, dəfələrlə dəyişdirilir. Bu il dekabr ayının ortalarına qədər dəqiq bilirdik ki, hələ bu ilin tədris yükü təsdiq edilməmişdi, baxmayaraq ki, tədris ilinin yarısı keçmişdir. Bunda N.Yusifbəylinin də “xidmətləri” az deyildir.
Dərs vaxtı tələbələrdən dərs soruşduqda, görürsən ki, onların bir çoxu nəinki soruşulan fənni bilmir, heç öz doğma dilində əməlli danışa bilmir, ən adi məsələlərdə fikrini izah edə bilmir, cümləsinin mübtədası ilə xəbəri bir birinə uyğun gəlmir, uzlaşmır. Sanki bunlar 21-ci əsrdə Azərbaycanda orta məktəb təhsili almayıblar, Babilistandan gəliblər. Bu da bizim orta məktəb sistemimizin acınacaqlı vəziyyəti ilə əlaqədardır. Bununla əlaqədar bir məsələni də xatırlatmaq yerinə düşər. Bu il avqust ayının axırlarına yaxın ölkəmizin bir çox kütləvi informasiya vasitələrində Dövlət İmtahan Mərkəzinin verdiyi məlumat getdi ki, Azərbaycanın hər rayonunda neçə-neçə orta məktəb məzununun adicə yazmaq-oxumaq bilmədiyi aşkar edilib, və belələrinin rayonlar üzrə sayının göstərildiyi cədvəl də nümayiş etdirildi. Təsəvvür edirsinizmi, 21-ci əsrdə gənc adam 11 il məktəbə gedib-gəlir, 32 hərfi, adicə yazmaq-oxumağı öyrənmir?
Qayıdaq öz universitetimizə. Bu günlərdə AzTU-ya Elm və Təhsil Nazirliyinin akkreditasiya komissiyası gəldi. Məlumdur ki, bu komissiyanın vəzifəsi universitetdə təhsilin və tədrisin vəziyyətini, universitetin fəaliyyətinin tələblərə uyğunluğunu yoxlamaq və universiteti yeni müddətə akkreditasiya etməkdir. Adətən əvvəllər belə komissiya universitetə gəldikdə bəzi fənlərdən tələbələrin biliklərini də yoxlayar, bu məqsədlə yüngül səviyyədə test imtahanları da keçirərdilər. İndi isə heç tələbələrin təhsilinin nə səviyyədə olduğu yoxlanmadı, yalnız sənədlər, yəni kağız-kuğuz yoxlandı. Yəni kağız-kuğuz yerindədirsə, təhsil də qaydasındadır. Görünür, onlar tədris məsələsini “tərpətməyə” qorxdular, özləri bilirlər niyə. Bundan əlavə, akkreditasiya komissiyası hələ gəlməzdən əvvəl onlar yoxlama üçün hazırlanmalı olan sənədlərin siyahısını göndərmişdilər. Texnik Universitetdə həmin siyahıya baxıb, başa düşməyə çalışırdılar ki, komissiya filan adla nəyi, hansı sənədi nəzərdə tutur. Çünki, çox hallarda məlum tədris sənədlərinin adları elə tərzdə yazılmışdı ki, onları başa düşmək olmurdu, tapmaca tapmaq lazım gəlirdi. Bu da bizim nazirliyimizdəki mütəxəssislərin səviyyəsi, onlar heç sənədlərin düzgün adlarını bilmirlər, bunların yoxlaması nə olacaq?
V.Vəliyev Texniki Universitetin təcrübəli, öz sözünü deyə bilən (onların sayı az olsa da, var) ömrünü Texniki Universitetə həsr etmiş müəllimlərini, əsasən də ixtisas kafedralarının texniki profilli müəllimlərini özünün əsas rəqibləri hesab edir. Yəqin ki, o, elə buna görə 3 ildir ki, onlara düşmən kəsilib və onları hər vasitə ilə dağıtmağa, buradan uzaqlaşdırmağa çalışır. Məlumdur ki, ali təhsil müəssisələri haqqında əsasnamədə göstərilir ki, professor-müəllim heyəti üçün yaş həddi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Nazirlər Kabineti isə hələ ki, belə bir yaş həddi müəyyən etməmişdir. Buna baxmayaraq, rektor V.Vəliyev AzTU-ya gələn kimi öz yanından yaş həddi müəyyən etmişdir. O elmi şurada qərar qəbul etdirmişdir ki, “70 yaşdan yuxarı professor-müəllim heyəti 1 ştatdan artıq, 75 yaşdan yuxarı isə 0,5 ştatdan artıq akademik yük apara bilməz”. Əvvəla, bu qərarın özü Nazirlər Kabinetinin qərarı olmadan qanunsuzdur. İkincisi isə, rektor bu qərarı kafedra müdirlərinə də tətbiq edir. Məlumdur ki, kafedra müdiri vəzifəsi akademik yük deyil, inzibati vəzifədir. Kafedra müdirlərinin demək olar ki, hamısı tam ştatda müdirlikdən əlavə, həm də 0,5 ştat dosent və ya professor vəzifəsi tutmaqla dərs deyir, yəni cəmi 1,5 ştatda işləyir. Lakin, bu 1,5 ştat akademik yük deyil, bunun 1 ştatı inzibatı vəzifə, 0,5 ştatı isə akademik yükdür. Buna görə də yuxarıda qeyd olunan qərar buna şamil edilə bilməz, çünki, kafedra müdiri 0,5 ştat akademik yük aparır. Rektor isə bu sadə həqiqəti başa düşmür. Hər il tədris yükü bölgüsü olanda, o, 70 yaşdan yuxarı kafedra müdirlərinə hətta 0,5 ştat dərs aparmağa da icazə vermir ki, bu cəmi 1,5 ştat olacaq. Bu isə ali təhsil müəssisələri haqqında əsasnamənin yuxarıda göstərilən qaydalarına ziddir. Məlumdur ki, texniki universitetdə pedaqoji kadrların çatışmazlığı var, gənclər müəllimliyə gəlmir, indi texniki təhsil populyar deyil. Ancaq rektor hazırda universitetdə işləyən yaşlı və təcrübəli kadrlardan səmərəli istifadə etmək, onları gənc müəllim kadrların hazırlanmasına həvəsləndirmək əvəzinə, olanları da qaçırıb dağıdır. Ümumiyyətlə, hiss olunur ki, o, müəllimlərə patoloji nifrətlə baxır. Müəllimlərə nifrət isə pis tələbələrə məxsus xüsusiyyətdir. Görünür, V.Vəliyev özü universitetdə təhsil alan zaman zəif tələbə olub, zəif tələbələrin isə müəllimlərə münasibəti məlumdur.
Son iki ildə V.Vəliyev 75 yaşına çatmış müəllimləri 0,5 ştata keçirir və qəribədir ki, o həmin müəllimləri məcbur edir ki, dərs ilinin əvvəlində özləri bu haqda xahiş ərizəsi ilə rektora müraciət etsinlər. Sual olunur, əgər rektorun və elmi şuranın bu qərarı qanunidirsə, niyə müəllimlər bu haqda xahiş ərizəsi ilə ona müraciət etməlidirlər? Çünki, V.Vəliyev özü də yaxşı başa düşür ki, onun bu qərarı qanuna ziddir və o, ərizə yazdırmaqla özünü sığortalamaq istəyir ki, bir gün yoxlama gəlsə, ya da müəllimlərdən kimsə məhkəməyə müraciət etsə, o desin ki, mən onları 0,5 ştata keçirməmişəm ki, onların özləri ərizə yazıblar. Ümumiyyətlə, onun buna bənzər rəzil metodlardan istifadəsi başqa sahələrdə də olub. Müəllimlərdən bir hissəsi üzüyola adamlardır və dərhal ərizə yazırlar, bir hissəsi isə dirənir və ərizə yazmaqdan imtina edir. V.Vəliyev onlara qarşı görünməmiş təzyiqlər tətbiq edir, böyük dava-dalaş düşür və hələ ki, son nəticədə onlara bir neçəsi istisna olmaqla, ərizə yazdıra bilib. Biz müəllimlərə müraciət edirik ki, belə hallar təkrar olunarsa, heç vəchlə ərizə yazmasınlar və məhkəməyə müraciət etsinlər, qanun onların tərəfində olacaq".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru