Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                 

Parlament seçkiləri, yoxsa referendum? - Hakimiyyətin planları bəlli deyil, cəmiyyətin arzuları isə tükənmir...
Tarix: 18-04-2024, 08:33 | Çap et
Parlament seçkiləri, yoxsa referendum?
Azərbaycanda sonuncu, növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçirilib.

Konstitusiyanın 84-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. 84-cü maddənin 2-ci bəndində əlavə edilir, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Amma…

Amması odur ki, 2024-cü ilin noyabr ayında Azərbaycan dünya miqyaslı və geniştərkibli tədbir olan COP29-a ev sahibliyi edəcək. Bu iki böyük və mühüm tədbirin eyni zamanda keçirilməsi mümkün olacaqmı? Yoxsa parlament seçkilərinin daha tez keçirilməsi planlaşdırılır?

Qeyd edək ki, 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən bir müddət sonra Milli Məclisin növbəti dəfə buraxılacağı ilə bağlı məlumatlar yayıldı. Həmin məlumatlarda Milli Məclisin buraxılması əsasən proporsional seçki sisteminin bərpası ilə izah edilirdi. Hətta bu məqsədlə referendum hazrlıqlarının aparıldığı da iddia edilirdi.

Bəs bu proseslər hazırda hansı yerdədir? Azərbaycanda növbəti parlament seçkiləri nə zaman keçirilə bilər? Referendum hazırlıqları aparılırmı? Ən önəmlisi, bütün bu prosesi həll etmək üçün müddət varmı?

Mövzu ilə bağlı Pressklub.az-a danışan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, ilk referendum olacaqsa, keçici maddə və konstitusion islahatlar vasitəsi ilə referendumu indi keçirib, parlament seçkilərini gələn ilin fevralına saxlamaq olar.

Amma Konstitusiya tələbinə görə, seçkini noyabrdan gec keçirmək mümkün deyil. Ona görə də, erkən seçkilər olacaqsa, referendum qalacaq sonrakı dövrə.

“Erkən seçkilərin keçirilməsi yay aylarına təsadüf edə bilər. Amma referendumun keçirilməsi çox vacibdir. Çünki ölkənin siyasi, iqtisadi və sosial problemlərinin həllində konstitusion islahatların kifayət qədər ciddi rolu ola bilər. İdarəetmə sistemində dəyişikliklər olmasa, bu problemlərin həlli mümkün olmayacaq. Həm də müharibədəki qələbə, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüymüzün, suverenliyimizin tam bərpası referendum vasitəsi ilə yeni idarəetmə formasının gətirilməsinə də şərait yarada bilər”.

Natiq Cəfərli əlavə edir ki, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilə bilər. Çünki iqtisadi rayon anlayışı Konustitusiyada yoxdur və heç bir hüquqi əsası olmayan faktdır. Həmçinin işğaldan azad olunmuş bölgələrdə prezidentin şəxsi nümayəndəlikləri və icra başçıları da var. Onların məsuliyyət və səlahiyyət bölgüsü havadan asılı qalıb. Bilinmir ki, onların məsuliyyət və səlahiyyətləri harada başlayıb, harada bitir, kim kimə tabedir. Bu məsələlər də həll olunmalıdır: “Fikrimcə, yerli icra hakimiyyəti sistemi institusional olaraq özünü doğrultmur. Yerli icra hakimiyyətini ləğv edib, yerli özünü idarə institutunun gücləndirilməsinə keçmək lazımdır. Prezidentin şəxsi nümayəndəliklərinin gücləndirilmiş şəkildə bölgələrdə təmsilçiliyinə ehtiyac var. Bundan başqa, proporsional seçki sistemi də çox vacibdir. Bu sistem parlamentin nüfuzunu və idarəetmədəki rolunu artıracaq. Hökumətin formalaşdırılmasına mühüm təsir göstərəcək. Proporsional seçki ölkədəki siyasi partiyaların nüfuzunu və gücünü artıra biləcək bir amilə çevrilə, həmçinin ideoloji partiyalar da formalaşa bilər”.

Müsahibimiz deyir ki, bizdə ideoloji mübarizə yoxdur. Bizdə sadəcə tarixdən, keçmiş yoldan asılılıq prinsipi ilə müxaliflik var. “Azərbaycanda demək olar ki, bütün partiyaların nizamnaməsi eynidir. Dəfələrlə çağırış etmişik ki, ilk referendum keçirilsin. Bu, bir çox məsələlərin həlli üçün çox yaxşı olardı. Bu zaman keçici maddə ilə indiki parlamentin 5 illik müddətinin bitəcəyi tarixdə, yəni fevralın 9-da növbəti parlament seçkilərinin keçirilməsi mümkündür. Referendum olmayacaqsa, mütləq noyabr ayına qədər parlament seçkiləri keçirilməlidir” – Cəfərli deyib.

“Azərbaycanda seçkilərin keçirilməsi üçün 2 ay kifayət edir”.

Bu sözləri isə insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli saytımıza açıqlamasında bildirib.

Müsahibimiz qeyd edir ki, parlament seçkilərindən öncə referendum keçirilməsi ilə bağlı ideya varsa, may ayından gec olmayaraq, elan edilməlidir. Prinsipcə, 60 günlük müddət hər biri üçün kifayət edir. Amma referenduma daxil edilən məsələlər nə dərəcədə demokratik xarakter daşıyacaq və Konsitusiyanın demokratik qaydada dəyişməsini hədəf götürəcək, bunu bilmirik.

“Konstitusiyanın daha da demokrotikləşməsi, ona daha mütərəqqi müddəaların gətirilməsi kimi ideyalar olarsa, bu, siyasi proseslərə müsbət təsir göstərəcək. Amma əfsus ki, Azərbaycan hakimiyyəti öz planları barədə öncədən cəmiyyəti məlumatlandırmır. Həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmur. Çünki beynəlxalq təşkilatlarla münasibətlər son illərdə xeyli sərinləşib. Bunun da nümunəsi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum olmasıdır”.

Anar Məmmədli deyir ki, referendumun keçirilməsi kimi siyasi bir prosesə başlamaq olar. Bu baş versə, Avropa ilə münasibətlər istiləşə, Avropa Şurası ilə Azərbaycan arasındakı böhran həllini tapa bilər. Referenduma çıxarılacaq müddəaları öncədən ictimaiyyətə təqdim etmək olar. Bununla bağlı Venesiya Komissiyasına ekspert rəyi üçün müraciət etmək olar. Eyni şəkildə, Avropa Şurası Parlament Assambleyasını monitorinqə dəvət etmək olar. Belə bir proses baş verərsə, bu həm daxili-siyasi münasibətlərə, həm də Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinə müsbət təsir göstərə bilər. Bundan sonrakı müddətdə isə Konstitusiyanın tələb etdiyi qaydada parlament seçkilərini keçirmək olar.

“Referendumun keçirilməsi ilə bağlı şayiələr dolaşır, amma informasiya qıtlığı da var və konkret bir ehtimal irəli sürmək olmur. Mən öz təxminimi deyim ki, referenduma parlament seçkilərinin keçirilməsi ilə bağlı müddəalar daxil edilərsə, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi mümkün ola bilər. Əksinə olsa, noyabr ayına qədər parlament seçkiləri keçiriləcək. Çünki qarşımızda xeyli müddət var. Tarix imkan verir ki, seçkilər ard-arda keçirilsin”.

Pressklub.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru