Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                 

YENİLMƏZ VİLAYƏT... - İTTİHAM VAR!
Tarix: 4-07-2023, 15:49 | Çap et
YENİLMƏZ VİLAYƏT...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: `Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur... - İTTİHAM VAR!

Məqalənin davamında deyilir: "Belə strateji əhəmiyyətli sahələrdən biri isə təhsil sahəsidir. Ulu öndər Heydər Əliyev təhsil haqqında demişdi: “Təhsil millətin gələcəyidir. Təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”
Cari tədris ilinin başlanması günlərində cənab Prezident İlham Əliyev yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etmişdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bəziləri ya dərk etmir, ya da dərk edir, ancaq qəsdən təhsil sistemimizə qarşı dağıdıcı fəaliyyət göstərərək, kiminsə maraqlarına xidmət edirlər.
Ölkəmizin yaxşılığımızı istəməyən, bizim müstəqilliyimizi və müvəffəqiyyətlərimizi gözləri götürməyən xarici siyasi qüvvələr isə bunu yaxşı bilirlər. Və buna görə də bizim təhsil sistemimiz də strateji sahə olaraq onların hədəflərindən birinə çevrilib. Bu günlərdə teref.az saytında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun “fəaliyyəti” haqqında dərc edilən məqalə bizim bu fikrimizə inamımızı daha da artırdı.

Çox qəribədir ki, həmin məqalədə Ədalət Muradovun rektorluq “fəaliyyəti” dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) başına gətirdikləri haqqındakı faktlar AzTU-nun rektoru Vilayət Vəliyevin 4 ildən bəri gözlərimiz qarşısında AzTU-dakı “fəaliyyəti” ilə birin-birə üst-üstə düşür. Bu faktlar haqqında isə biz bu illərdə mediada dəfələrlə yazmışıq. Deməli, belə bir nəticəyə gəlmək olar ki, həm Ə.Muradov, həm də V.Vəliyev bir mərkəzdən eyni göstərişlərlə (kimin göstərişləri ilə?) idarə olunurlar və eyni dağıdıcı fəaliyyəti reallaşdırmaqdadırlar. Əlavə olaraq qeyd edək ki, Ə.Muradovun məsləhəti ilə V.Vəliyev hətta UNEC-in bir neçə işçisini “qiymətli iqtisadçı kadr” kimi AzTU-da işə də qəbul edib. Fəaliyyəti ilə yaxşı tanış olduğumuz daha bir rektor – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı da həmin yolun yolçusudur. O, tez-tez bununla qürrələnir ki, o, rektor olduqdan sonra ADNSU-nin neçə-neçə yaşlı alimini, elmlər doktorlarını, professorları, neftçıxarma sahəsinin görkəmli mütəxəssislərini, hətta Milli Elmlər Akademiyasının müxbir üzvlərini universitetdən uzaqlaşdırıb. Doğrudan da “fəxr ediləsi” işdir, onların elmindən, bilik və təcrübəsindən istifadə etmək əvəzinə neçə-neçə görkəmli alimi bir anda kənara atmaq. Belə alimlər bundan sonra çətin ki, yetişsin, onların bu səviyyəyə gəlib çatmasına isə azı 30-40 il lazımdır. Təkcə onu demək kifayətdir ki, hal-hazırda respublikanın Ali Attestasiya Komissiyası müxtəlif ixtisaslar üzrə dissertasiya müdafiəsi şuraları formalaşdırarkən bir çox ixtisaslar üzrə elmlər doktorlarının çatışmazlığı problemi ilə üzləşmişdir.
Vilayət Vəliyev AZTU-da rektor olduğu 4 ilə yaxın müddətdə burada tədris prosesinin başına daha nə oyunlar gətirməyib, ağla gələn və gəlməyən? Bunların haqqında biz 6 ay əvvəlki yazımızda, dekabr və yanvar aylarında çox ətraflı yazmışdıq və bunları bir daha təkrar etmək istəmirik. Ancaq, ümumi şəkildə, qısaca onlardan bəzilərini xatırladaq.
V.Vəliyev rektor olduğu 4 ilə yaxın müddətdə AzTU-da təhsilə xidmət edən, təhsilin, xüsusən də texniki təhsilin əsasını təşkil edən nə vardısa, hamısını məhv edib, kökündən kəsib. V.Vəliyev universitetin köklü kadrlarına – həm professor-müəllim heyətinə, həm də digər kadrlarına qənim kəsilib. O, AzTU-da on illərlə can qoymuş, ömrünü sərf etmiş professorları, dosentləri, digər tədris və inzibati işçiləri 4 ildir ki, hər vasitə ilə mənəvi terrora məruz qoyur, onların ətrafında dözülməz mənəvi-psixoloji şərait yaradaraq, ya öz ərizələri ilə getmələrinə nail olur, ya da birbaşa təzyiq göstərib və ya aldadıb, 3 aylıq müqaviləli işə keçirməklə sonra işdən kənarlaşdırır, baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrində pedaqoji kadrlara yaş həddi qoyulmayıb. O, bu 4 ildə universitetdə dəfələrlə, sonu hələ də görünməyən “struktur dəyişiklikləri” aparıb, 2 ay əvvəl yaratdığı bir şöbəni ləğv edib, yenisini yaradıb, sonra yenə bir neçə aydan sonra əvvəlkinə qayıdıb və s. Guya ki, bu adam “islahat aparır”. Bu “islahatların” bir məqsədi də köhnə işçiləri işdən kənarlaşdırmaqdır. V.Vəliyev sanki, AzTU-dan, onun müəllimlərindən, elə tədris prosesindən də qisas alır. Amma bu nə qisasdır, nəyin qisasıdır, məlum deyil. Yoxsa bu, V.Vəliyevin qeyri-adekvat psixologiyasının nəticəsidir, bilmirik".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru