Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                 

Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR... - Amma kimsənin umrunda deyil...
Tarix: 8-07-2023, 12:36 | Çap et
Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib? - Görünəni budur...

Məqalənin davamında deyilir: "Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır.

Qonaqlarla və əsabələri ilə şəkil çəkdirib, AzTU saytına yerləşdirmək, V.Vəliyevin “elmi-tədris fəaliyyətinin” ən mühüm komponentlərindən biridir.

V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə”, iqtisadiləşdirməyə”, humanitarlaşdırmağa başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Hələ təkcə texniki kadr hazırlığının əsaslarını dağıtsa yaxşı idi, o, ümumiyyətlə burada tədris adında nə varsa, hamısını tədris prosesindən kənarlaşdırır, ləğv edir. Çalışır ki, tədris planlarından ixtisas fənlərini mümkün qədər çıxarsın, ixtisas fənlərinin sayını azaltsın. 2020-ci ildə Nazirlik tərəfindən ölkə üzrə texniki ixtisasların siyahısı yeniləşdirilərkən, hər 2-3 ixtisas birləşdirilib, bir ümumi ixtisas altında verildi (bu haqda sonra ətraflı məlumat verəcəyik). Yəni indi bir ixtisas üzrə universitetə daxil olan tələbə guya ki, əvvəlki 2-3 ixtisasın mühəndisi olacaq! Bununla belə, həftəlik dərs saatları da əvvəlki 28 saatdan 22 saata (!!!) endirildi. Bununla belə, humanitar fənlər bloku da əvvəl olduğu kimi yerində qaldı. Buna görə də indi tələbələr belə “tədris planı” üzrə hər ixtisasdan yalnız 1-2 məcburi fənni və 2-3 seçmə fənni oxuya bilirlər. V.Vəliyevin daxili qərarı ilə isə heç bir kurs layihəsi, kurs işi olmadan. Yekun buraxılış işləri layihələri də dövlət imtahanları ilə əvəz olundu. Bu il isə bəzi ixtisaslar üzrə ümumiyyətlə dövlət imtahanları da ləğv edildi. Bununla da tələbələr həmin “genişləndirilmiş profilli” ixtisas üzrə mühəndis olacaqlar (???). Belə universitetdən hansı tələbə inciyər ki? Özü də V.Vəliyev bütün bu təxribat xarakterli dəyişiklikləri heç universitet Elmi Şurasında müzakirəyə çıxarmadan, Elmi Şuranın qərarı olmadan həyata keçirir. Bu qərarlar kuluarlarda qəbul edilir, heç kafedralara bu haqda universitet üzrə əmrlərin surətləri də göndərilmir, yalnız şifahi göstərişlər çatdırılır. Heç bilmirik, V.Vəliyev bu qərarlarını heç olmasa rəsmiyyət xatirinə əmrləşdirir, ya yox? Bu pozuntulara görə isə təkcə rektor yox, həm də Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli bilavasitə cavabdehdir. Bəlkə də, N.Yusifbəyli bu haqda qayda-qanunu bilməmiş deyil. Ancaq, belə pozuntular görünür, onun özünə də sərf edir. Onun yaxın adamlarından sızan məlumata görə, N.Yusifbəyli ümid edir ki, V.Vəliyev rektor vəzifəsindən kənarlaşdırıldıqda, rektor vəzifəsinə o təyin ediləcək.
V.Vəliyevin hətta belə tədris planlarından da “gözü doymur”. Hələ 2020-ci ildə o, Elmi Şurada qərar qəbul etdirmişdi ki (o vaxtlar V.Vəliyev hələ belə qərarları formal da olsa Elmi Şuradan keçirirdi), universitetin bütün ixtisaslarının tədris planlarına seçmə ixtisas fənlərindən birinin əvəzinə “Layihə menecmenti” və ya “Layihələrin idarə olunması” (hansı layihələrin?) adlı fənn salınsın və həmin fənnin tədris olunması rektorun qohumu Arzu Süleymanovun müdir olduğu “İqtisadiyyat və statistika” kafedrasına həvalə edilsin. Niyə? Çünki, V.Vəliyev öz adamlarını və bir çox qohumlarını, iqtisadçıları başda kafedra müdiri olmaqla, həmin kafedraya yığıb, onlara isə dərs yükü lazımdır. Bu çox böyük tədris yükü isə bütün universitet üzrə ixtisas fənlərindən kəsmək hesabına alınıb.
Digər bir misal. Bakalavr səviyyəsi üçün 2020-ci ildə təsdiq edilmiş tədris planlarında əvvəllər “Humanitar fənlər”, indi isə “Ümumi fənlər” (???) adlandırılan bölmədə 2 semestr ərzində “Xarici dil” fənninin tədrisi nəzərdə tutulmuşdu. İndi isə kimin tərəfindən təsdiq edilməsi məlum olmayan (AzTU Elmi Şurasında bu məsələ müzakirə olunmayıb) yeni tədris planlarında “Xarici dil” fənninin tədrisi ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına 4 semestrə çatdırılıb. Ancaq bu da hamısı deyil. Bundan əlavə yenə də ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına “Texniki xarici dil” fənni əlavə edilib, yəni 5-ci semestr. Bəs ixtisas fənləri necə olsun, lazım deyil? Özü də qeyd etdiyimiz kimi, indi bir ixtisas üzrə bakalavriaturaya daxil olan tələbə həftədə 22 saat dərs keçməklə, əvvəli tədris planlarındakı və ixtisaslar nomenklaturasındakı 2-3 ixtisasın mühəndisi olacaq (???). Biz xarici dil bilməyin müasir dövrdə əhəmiyyətini inkar etmirik. Ancaq bu, ixtisasdan kəsməyin hesabına olmamalıdır. Öz ixtisasını bilməyən mühəndis bunun hesabına xarici dili öyrənsə belə, o, kimə lazımdır? Məgər AzTU diplomat və ya beynəlxalq əlaqələr üzrə mütəxəssis hazırlayır? Bunun üçün digər müvafiq universitetlər var. AZTU-nun tələbələrinin əksəriyyəti isə öz dilində əməlli danışa bilmir, o ki, qaldı xarici dil. Bu fənn tədris planlarına daxil edildikdə, AzTU-nun Xarici dillər kafedrası həmin fənni tədris etməkdən imtina etdi, açıq etiraf etdilər ki, “biz texniki xarici dilləri bilmirik, bunun üçün texnikanı da bilmək lazımdır”. Düz deyirlər. Onda, bu fənnin məsuliyyətini qoydular müvafiq ixtisas kafedralarının üzərinə, dedilər ki, “ya ixtisas kafedraları həmin fənni deyə bilən müəllimi kənardan tapsınlar, ya da özləri desinlər, əgər ixtisas müəllimi xarici dili də bilmirsə, o müəllim bizim nəyimizə lazımdır?”. İxtisas kafedraları da bu fənni tapşırdılar xarici dildə bir az oxumağı-yazmağı bilən, yəni “bir az dınqıldatmağı” bacaran magistraturanı təzə bitirən magistrlərə. Sonra da bu ilin yanvarında qəflətən həmin “bir az dınqıldatmağı” bacaran magistrlər üçün xarici dil imtahanı təşkil etdilər və aydın oldu ki, bunlar heç xarici dil bilmirlərmiş ki! Təbiidir ki, buna görə də ixtisas kafedralarını günahlandırdılar. Arada isə ixtisas fənlərindən yenə biri itirildi... Baxın, Azərbaycan Texniki Universitetində tədris belə idarə edilir (Tədris işləri üzrə prorektor cənab Nurəli Yusifbəyli də baxsın)..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru