Vaşinqtondan başlanan sülh prosesi .....                     Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə .....                     Götürək Gürcüstan cəmiyyətini... .....                     "Evdə uşaq ac qalmalıdır?" .....                     “VƏ”dən əvvəl gələn Azərbaycan .....                     Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz .....                     Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə .....                     Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... .....                     Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                 

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur – ŞOK İDDİA
Tarix: 3-02-2024, 08:46 | Çap et
Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur
Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Bakıda bir kolleci bitirib və nazir təyin olunandan sonra hansısa universitetin hüquq fakültəsinə daxil olub. Yəni nazir xanım əfəndi faktiki olaraq tələbədir və bu vaxta qədər Qida Təhlükəsizliyi Agentliyində işləyib.

Ovqat.com-a bu məlumatı vaxtilə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışan Gülşən Hacıyeva verib.

Onun sözlərinə görə, nazir əvəzi bu faktı şəxsən özü Gülşən Hacıyevaya etiraf edib. Təzə vəzifəyə təyin olunandan bir qədər sonra Gülşən Hacıyevanın hüquqi iradına cavab verən nazir əvəzi bildirib ki, ona qanundan dərs deməsin. Çünki özü də hüquq fakültəsində oxuyur və yeri gələndə bu elmin incəliklərini Gülşən Hacıyevadan yaxşı bilir. Təbii ki, Gülşən xanım bu özündənmüştəbeh nazir əvəzinin iddialarına çox da etibar etməyib. Axı necə ola bilər ki, hüquq sahəsində iki universitet bitirən Gülşən xanım öz sahəsini adi bir tələbə qədər bilməsin?

Bəs, hüquqşünas, nazirin hələ də tələbə olması həqiqətini necə ortaya çıxarıb?

Gəlin, tələsməyək, bu sirri-xudanı anlamaq üçün hadisənin başvermə səbəblərinə nəzər salaq.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur

Naxçıvan Muxtar Respublikasının bir kənd təsərrüfatı nazir əvəzi var – Xəyalə Dadaşova.

Ötən ilin fevralın 28-də Naxçıvanın Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. Bir müddətdən sonra isə nazir səlahiyyətlərini icrasını, yəqin ki, alternativ birini tapa bilmədiklərindən ona tapşırıblar. Onun ilk xidməti vəzifəsi isə 24 il həmin nazirlikdə hüquqşünas işləyən Gülşən Hacıyevanı işdən çıxarmaq olub. Özü də nə vaxt? – 19 aprel 2023-cü ildə. Yəni təyinatının cəmi 50-ci günündə.

Gülşən Hacıyevanın iddiasına görə, onu guya köhnə hakimiyyətin dövründə dövlət qulluğu imtahanından keçməyən 5 nəfərin işə götürülməsi ilə əlaqədar sənədə imza atdığı üçün işdən çıxarıblar. Əslində isə bu, bəhanə olub. Əsl səbəb hüquqşünasın nazirə qanunvericiliyi başa salmaq imiş.

Belə ki, nazirlikdə keçirilən iclaslardan birində nazir əvəzi Xəyalə Dadaşova qurumun aparat rəhbəri Zəkəriyyə Gözəlovu danlayıb. Bu da hüquqşünasın acığına gəlib və ondan danışmaq üçün söz istəyib. Nazir əvəzi ona söz verib və Gülşən Hacıyeva qanunvericiliyə istinad edərək aparat rəhbərinin izahat verməsinin bir hüquq məsələsi olduğunu, başqa sözlə, Zəkəriyyə bəyin üzərində belə bir öhdəliyinin olmadığını Xəyalə Dadaşovanın diqqətinə çatdırıb. Bununla da necə deyərlər, “dananın quyruğu qopub”. Hüquqşünasın iradına bərk qəzəblənən Xəyalə xanım ayağa qalxıb oturduğu kreslonu göyə qaldırıb elə zərblə yerə çırparıb kabinetdəki stol-stul belə tir-tir titrəyib. Və hüquqşünasa deyib ki, mənə hüquqdan-müquqdan danışma. Mən də ikinci təhsilimi hüquq fakültəsində alıram və bu sahənin incəliklərini səndən çox bilirəm, vəssəlam.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur

Şəkildə: Gülşən Hacıyeva

Gülşən xanım isə bu zamana qədər onun kollec qurtardığını bilirmiş və heç bir ali təhsili olmayan bir şəxsin necə nazir vəzifəsinə gətirilməsinin sirri ilə maraqlanırmış. Xəyalə xanımın bu etirafından sonra onun tələbə olduğunu eşidib öz ürəyində məlum təyinatla razılaşıb belə.

Di gəl ki, onun bu könül rahatlığını nazir əvəzinin qisasçılığı bulandırıb. Şikayətçinin iddiasına inansaq, həmin hüquq dərsindən səhv nəticə çıxaran nazir əvəzi bir həftədən sonra nazirliyin əyan-əşrəfini başına toplayıb Gülşən xanımın işdən çıxarılması barədə əmr imzalayıb. Bəhanə kimi isə köhnə rəhbərliyin dövründə işə götürülən 5 nəfərin ərizəsinə hüquqşünasın da qol çəkməsi göstərilib. Halbuki, Naxçıvanda “xan” rejimi zamanı yuxarıdan gələn əmrlərə etiraz etmək mümkün deyildi və bu kriteriyalarla getsək, Vasif Talıbovun bütün kadrları istinasız olaraq işdən çıxarılmalı, yaxud həbsə atılmalı idi. Biz isə tamamilə fərqli mənzərələrlə qarşı-qarşıyayıq. Görürük ki, həmin adamlar nəinki işdən çıxarılmır, əksinə hətta sığortaçılar gətirilib tibb müəssisələrinin rəhbəri və ya naziri təyin olunur. Məsələn, Naxçıvanın Təcili Tibbi Yardım İdarəsinə bu yaxınlarda icraçı direktor təyin olunan Tural Ələkbərovu KTN-nə rəhbər qoysaydılar, yenə anlamaq mümkün idi. Ən azı ona görə ki, Tural müəllim heç olmasa, Azərbaycan Aqrar Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini bitirib. Xəyalə xanım isə sadəcə kollec məzunu və tələbədir. Naxçıvan “canişinliyində” isə Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla məşğuldurlar.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur

Şəkildə: Yerləri səhv düşən Naxçıvan məmurları – Tural Ələkbərov və Xəyalə Dadaşova

Gülşən Hacıyeva onun ərizəsi olmadan, kiçik bəhanələrlə işdən çıxarılmasını qanunsuzluq adlandırır və bu iddia ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edib. Hakim Hicran Muradovun sədrliyi ilə 7 aydan çox sürən məhkəmə prosesi də onun dərdinə məlhəm olmayıb. Özünün dediyinə görə, hakim “qanunsuz” əmri qüvvədə saxlayıb və o, işinə geri qaytarılmayıb.

Şikayətçi məhkəmənin bu qərarı ilə razılaşmaq istəmir. O, bütün məhkəmə intansiyalarına və ölkə başçısına müraciət etmək niyyətindədir. Dediyinə görə, artıq Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub göndərib. Amma indiyədək bu məktubun da cavabı gəlməyib. Gülşən xanım inanır ki, məktub Mehriban xanıma çatmayıb. Odur ki, ikinci məktubu Prezident İlham Əliyevə yazmaq niyyətindədir və ümidvardır ki, ölkə rəhbərinə yazacağı məktub yolda itib-batmayacaq. Hüququnu bu yolla təmin edə bilməsə, beynəlxalq məhkəməyə də üz tuta bilər.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur
Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur

Şəkildə: Gülşən xanımın iddiaları

Qeyd edək ki, hüquqşünasla nazir arasında qalmaqal həmin vaxt Azərbaycan media orqanlarının da əsas mövzularından olub. Qalmaqalın baş verdiyi gün bu barədə dərc olunan məlumatda bildirilirdi:

Pravda.az-ın məlumatına görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.

Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57
"Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35
Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru