“Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Tarix: 16-05-2024, 09:26 |
Çap et
28 iyun 2024-cü il saat 11.00-da “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Qəbələ rayonunun Hacallı kəndində, “Gilan Qəbələ Aqrotexservis” ASC-nin binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.