“Ya Azərbaycanla əlaqələri pozmalı, ya da...” – Rusiya seçimini etdi
Tarix: 16-05-2024, 09:35 | Çap et
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bir həftədir revanşistlər Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirirlər. Əvvəlcə Tavuşda delimitasiya prosesinə etirazla başlayan aksiyalar İrəvana çatanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə davam etməyə başladı. Ermənistandakı bu gəlişmənin mümkün nəticələrini necə görürsünüz?
- Məncə, baş verənlər erməni müxalifətinin hakimiyyəti zorla ələ keçirmək üçün göstərdiyi son cəhdlərdən biridir. Üstəlik, həmin cəhd hazırlıqsız və spontan başlayıb. Təşkilatçıları Azərbaycanın işğal olunmuş kəndlərinin qaytarılmasını bəhanə edərək, xalqı səfərbər edəcəkləri və Paşinyan hökumətini devirəcəklərini düşünürdülər. Amma sadə bir həqiqəti nəzərə almamışdılar ki, nə 44 günlük müharibə, nə də 23 saatlıq antiterror əməliyyatındakı məğlubiyyətdən sonra erməni xalqını ayağa qaldıra bilməyənlərin 4 kəndin sahiblərinə qaytarılmasına görə bunu edə bilmək şansı sıfra bərabər idi. Digər yandan, ola bilsin bunu anlayırdılar, amma bu dəfə yeni siyasi oyunçu kimi erməni kilsəsinin bəzi radikal nümayəndələrini ortaya atmaqla, “bəlkə indi alındı” deyə düşünürdülər. Amma siyasətdə “bəlkə” prinsipi işləmir, siyasət obyektiv ictimai əsaslar və reallıqlara söykənir.
İctimai reallıqlar isə bundan ibarətdir ki, Ermənistan əhalisi bu gün nəinki revanşizm əhvalı yaradan Köçəryan-Sərkisyan-Daşnaksütun birliyinə, heç “mələk donu”na girmiş kilsə radikallarına da inanmır. “Qarabağ klanı”nın kriminal hakimiyyəti altında yaşamağın nə demək olduğunu yaxşı xatırlayan erməni cəmiyyətinin mütləq əksəriyyəti müharibədə aldığı zərbədən sonra daha rasional olmağa çalışır. Nəhayət, Paşinyan hökumətinə qarşı açıq fəaliyyətə keçən başda katalikos Qaregin olmaqla, siyasiləşmiş bir qrup keşiş hökumətin tərəfində olan mediada o qədər çirkin əməllərdə ifşa edilir ki, insanlar artıq onlara da cinayətkarların şərikləri kimi baxırlar.
Məğlubiyyət Ermənistanda yerli əhali ilə revanşist qarabağlılar arasındakı ziddiyyətləri də bütün çılpaqlığı üzə çıxarıb və onları üz-üzə qoyub. Başqa bir səbəb də Moskvanın, necə deyərlər, “odla su arasında” qalması idi: Kreml ya Ermənistandakı revanşist tərəfdarlarını dəstəkləyib hakimiyyətə gətirərək Azərbaycanla münasibətlərini pozmalı, ya da onlara dəstək vəd edərək hadisələri öz axarına buraxmalı idi. Görünən budur ki, Moskva ikinci yolu seçib. Bəlkə də digər variant seçmək üçün onun təsir imkanları yetərli deyil. Sadalanan və hələ sadalanmayan şərtlər çərçivəsində spontan başladılan “hərəkat” elə əvvəlcədən uğursuzluğa məhkum idi. Zənnimcə, artıq bunun da baş verdiyini deyə bilərik.
- Sülh prosesi ilə bağlı fikriniz necədir? Baş nazir Nikol Paşinyan sazişin imzalanmasının vaxtının gəldiyini deyir, xarici işlər naziri Ceyhun Bayramov danışıqlarda tarixi adlandırıla biləcək inkişafın olduğunu bildirir. Prezident İlham Əliyev də noyabradək sazişin imzalana biləcəyini söyləmişdi. Nə gözləyirsiz bu prosesdən?
- Zənnimcə, sülh prosesinin uğurla başa çata bilməsi üçün imkanlar var, amma bölgədə vəziyyətin sabit olmaması bu proses üçün riskləri də artırır. Başqa sözlə, sürətlə geosiyai mübarizə meydanına çevrilməkdə olan Cənubi Qafqazda tezliklə və rahat şəkildə sülh müqaviləsi imzalaya bilməyin mümkün olduğunu düşünmək yanlış olardı. İstər Gürcüstanda baş verənlər, istərsə də Ermənistandakı sabitliyi pozmaq cəhdləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə təsirsiz ötüşmür. Bu da təbiidir, çünki geosiyasi mübarizə kontekstində Cənubi Qafqaz vahid məkan kimi nəzərdən keçirilir. Bu mənada da, onun ayrı-ayrı ölkələrində baş verənlər bütövlükdə regiona təsirsiz ötüşmür. Bəzən isə həmin hadisələr məhz Cənubi Qafqaz uğrunda gedən mübarizədə iştirak edənlərin regiona təsir vasitələri olur. Məsələn, biz deyə bilmərik ki, bu gün Gürcüstanda baş verənlərin biz və ya Ermənistana təsiri yoxdur. Əlbəttə, var, özü də həmin hadisələrin nəticəsindən asılı olaraq hər iki ölkənin xarixi siyasət vektoru dəyişikliyə uğraya bilər.
Gürcüstanda “Xarici agentlər haqqında” qanunun ətrafında mübarizə aparan tərəflərin arxasında böyük güclərin dayandığı aydın görünür. əslində bunu onların heç özləri də gizlətmirlər. Başqa sözlə, bu, bölgəyə təsir uğrunda gedən Rusiya-Qərb mübarizəsinin təzahürlərindən biridir. Bu mübarizədən Qərbin qalib çıxacağı halda bir geosiyasi konfiqurasiya yaranacaq, Rusiya üstün gələrsə, başqa bir reallıq ortaya çıxacaq. Bunun nəticəsi də həm Ermənistan, həm Azərbaycanın xarici siyasət doktrinası, həm də sülh prosesinə təsirsiz ötüşməyəcək. Bu da hələ bölgəni gözləyən potensial təhdidlərdən yalnız biridir.
Başqa amillər də var, amma bütün bunlara baxmayaraq, fikrimcə, sülh prosesini təkcə davam etdirmək yox, həm də sürətləndirmək məqsədəuyğun olardı. Bunun üçün də hazırda başlıca şərt tərəflərin sülh müqaviləsi bağlamaq iradəsinin olmasıdır. Sülh müqaviləsi isə hər iki ölkənin marağındadır.
- Gürcüstandakı olaylar hansı sonluqla bitə bilər? Niyə ölkə birdən-birə belə qarışdı?
- Hələlik onların nəticəsi haqda nəsə demək çətindir, amma görünən budur ki, tərəflərin geri çəkilmək fikri yoxdur. Bu isə mübarizənin daha da kəskinləşməsinə aparır ki, bu da müəyyən bir mərhələdə “sərhədlərin keçilməsi”nə gətirib çıxara bilər. Onda artıq tərəflər arasında anlaşma imkanları tükənmiş olacaq və mübarizə hakimiyyət uğrunda açıq qarşıdurma fazasına keçəcək. Bu halda hər şey baş verə bilər, təəssüf ki, hətta silahlı qarşıdurma da. Baş verənlərin səbəbi isə bir deyil, onların arxasında kompleks səbəblər dayanır. Həmin kompleks səbəblərə də daxili siyasi mübarizə, ona təsir edən geosiyasi rəqabət, ölkənin xarici siyasət kursunun seçimi ətrafında qarşıdurma və bir sıra digər amilləri aid etmək olar.
Bu gün bölgə üzərindən keçməsi nəzərdə tutulan kommunikasiyaların reallaşdırılması baxımından Gürcüstan Cənubi Qafqazın qapısı rolunu oynayır. Rusiyaya Gürcüstana nəzarət Şərq-Qərb dəhlizinin vacib elementi olan, Cənubi Qafqaz üzərindən keçməsi nəzərdə tutulan Orta dəhlizi əngəlləmək, Qərb və Çinə isə həmin dəhlizin keçməli olduğu ölkə kimi əhəmiyyətlidir. Bu məsələdə isə maraqlı olan təkcə sadalanan dövlətlər yox, həm də trilyonlarla dollar aktivə sahib olan nəhəng transmilli şirkətlərdir. Ona görə də bölgə uğrunda mübarizə Gürcüstanla bitməyəcək. Bu gün Gürcüstanda baş verənlər yalnız başlanğıcdır.
- Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında mübarizənin yeni mərhələyə qədəm qoyduğunu görürük. Sizcə, bu mübarizədə kim daha şanslıdır və bu çəkişmə ümumən bölgəmizə nə vəd edir?
- Mübarizədə kimin üstünlük qazana biləcəyini dəyərləndirmək istəsək, tərəflərin şanslarını müxtəlif kriteriyalar üzrə nəzərdən keçirməliyik. İqtisadi, texnoloji və maliyyə baxımından üstünlük Qərbdədir. Hərbi-siyasi baxımdan Rusiyanın təsir imkanları daha genişdir. Unutmamalıyıq ki, Rusiya istər coğrafi, istərsə də tarixi-siyasi baxımdan bölgəyə daha çox təsir imkanları olan ölkədir. Digər tərəfdən, Qərblə ticari əlaqələrini Rusiyanın nəzarəti və təsir dairəsindən kənarda qurmaqda maraqlı olan Pekin də var. Nəhayət, Türkiyənin hansı tərəfdə olacağının da əhəmiyyəti önəmlidir. Bura İranın hələ tam aydın olmayan mövqeyini də əlavə etdikdə, Cənubi Qafqazın çoxsaylı ziddiyyətli maraqların toqquşduğu məkan olduğunu qəbul etməliyik. Bu halda hansısa proqnozlar vermək və ya hesablamalar aparmaq səmərəsizdir.
Bu gün bölgə ölkələrinin görə biləcəyi əsas iş üç Cənubi Qafqaz dövlətinin bir araya gələrək hər üçünün maraqlarını təmin edəcək vahid doktrina işləməsi olmalıdır. Amma bunu etmək bir o qədər asan deyil. Bunun üçün ən azı Azərbaycanla Ermənistan arasında sülhə və qarşılıqlı etimada nail olmaq vacibdir. Yalnız bundan sonra “Cənubi Qafqaz Evi” haqda düşünmək və onun bütün üzvlərinin maraqlarına cavab verən vahid strategiya hazırlamaq olar. Əlbəttə, bu, sözdə deyildiyi qədər asan deyil, amma hər bir halda öz taleyini hər üç ölkəni mübarizə meydanı kimi görən böyük güclərin iradəsinə bağlamaqdan qat-qat əlverişlidir. Həm də ona görə ki, biz onların Cənubi Qafqazla bağlı planları və bölgə uğrunda mübarizə arsenalında konkret nələrin olduğunu yalnız ehtimal edə bilərik. Hətta onları bilsək belə, başqalarının oyununda onların qaydaları ilə iştirak etmək heç bir halda qələbəyə apara bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib - DİQQƏT
Bu gün, 00:34 |
|
|
|
• Azərbaycanda kredit faizləri artacaq
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb
Bu gün, 00:02 |
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Dünən, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Dünən, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Dünən, 18:08 |
|
|
|
• Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04 |
|
|
|
• İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Dünən, 17:59 |
|
|
|
• Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Dünən, 17:55 |
|
|
|
• Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Dünən, 17:50 |
|
|
|
• “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Dünən, 17:46 |
|
|
|
• Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Dünən, 17:33 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Dünən, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Dünən, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Dünən, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Dünən, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Dünən, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Dünən, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Dünən, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Dünən, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Dünən, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Dünən, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Dünən, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Dünən, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Dünən, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Dünən, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Dünən, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Dünən, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Dünən, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Dünən, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Dünən, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Dünən, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Dünən, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Dünən, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Dünən, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Dünən, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Dünən, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Dünən, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Dünən, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Dünən, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Dünən, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Dünən, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Dünən, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Dünən, 13:13 |
|
|
|
|