Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                     Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər .....                     Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA .....                 

Ərdoğandan diqqətçəkən mesaj – Diqqətlər Cənubi Qafqazda
Tarix: 16-05-2024, 14:02 | Çap et
Ərdoğandan diqqətçəkən mesaj
Türkiyə və Azərbaycan birtərəfli, qərəzli kənar müdaxilələrin və regionun geosiyasi fikir ayrılıqları zonasına çevrilməsinin qarşısını almaq üçün sıx əməkdaşlığı davam etdirəcək. “RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycana hər sahədə dəstəyini davam etdirəcək.

Bundan başqa, Ərdoğan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezliklə imzalanmalı, regionda sabitliyə nail olunmalıdır: “Azərbaycan - Ermənistan sülh prosesində əldə olunan irəliləyiş bizi sevindirir. Tezliklə sülh sazişi imzalanmalı və regionda istədiyimiz sabitliyə nail olunmalıdır”.

Ərdoğan “regionu geosiyasi fikir ayrılığı zonasına çevirə biləcək birtərəfli və qərəzli kənar müdaxilə” deyəndə nəyi nəzərdə tutur? Belə bir ssenaridə hansı qüvvələr maraqlı ola bilər? Onun sözlərinə görə, Türkiyə və Azərbaycan buna birgə müqavimət göstərməlidir. Türkiyə lideri Cənubi Qafqaz üçün hansı təhlükə variantlarından danışır?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Türkiyəli politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun elmi işçisi Mehmet Perincek:

“Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda yeni dövr başlayıb. Bu yeni dövr sülh, sabitlik, inteqrasiya, iqtisadi inkişafı ehtiva edir. Çünki Azərbaycanın qələbəsi kənar müdaxiləni aradan qaldırdı. Birincisi, ATƏT-in Minsk Qrupu oyundan kənarda qaldı. Fransa, ABŞ və Qərb ölkələri regional məsələlərə müdaxilə vasitələrini itirib. Region ölkələri isə sübut etdi ki, təşəbbüs göstərib Qərbin müdaxiləsindən qurtulsalar, o zaman istənilən lokal problemləri ədalətli şəkildə həll edə bilərlər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bunun bir nümunəsidir. Burada təbii ki, Ankara-Moskva-Bakı oxu öz rolunu oynadı və bu əməkdaşlıq sayəsində Gürcüstan hələlik bundan imtina etsə də, regionda “3+3” platforması yaradılır. Bu platforma həm də istənilən regional problemlərin həlli və Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün zəmin yaradır. Kənardan müdaxiləyə yol vermədən təşəbbüsü öz əlinə almaq region ölkələrinin əsas vəzifəsidir. İstənilən problemi həll etməyin əsas yolu budur.

Qərb təbii ki, bu proseslərdən narazıdır. Çünki onlar oyundan kənarda qalırlar. Və yenə də regionun işlərinə qarışmaq üçün səbəblər axtarırlar. Bu, o zaman mümkündür ki, region ölkələri arasında xaos və münaqişə yaransın. Ona görə də onlar Ermənistanı daim Azərbaycana, Rusiyaya qarşı təxribatlara sövq edirlər. Qərb erməni xalqının iradəsinin reallaşmasına imkan vermir. Ermənistan hakimiyyəti vasitəsilə Qərb diktə edir və planlarını həyata keçirir, strategiyasını tətbiq edir. Bu isə, ilk növbədə, erməni xalqına ziyan vurur.

Bir tərəfdən İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarında rol oynayır. Xarici hərbi qüvvələr Ermənistana dəvət olunarsa, bu ölkə yenidən regionun bütün dövlətlərinə qarşı tramplinə çevriləcək – Ərdoğanın çıxışı məhz bundan ibarətdir. Xarici müdaxilə Paris və Vaşinqtonun Cənubi Qafqazdakı planlarıdır və bu planlar hər bir region ölkəsinə qarşı yönəlib: Türkiyəyə qarşı, Azərbaycana qarşı, Rusiyaya qarşı, İrana qarşı, Gürcüstana qarşı. İndi də Gürcüstandakı vəziyyəti görürük - onları yeni rəngli inqilaba təhrik edirlər. Eyni zamanda Ermənistanı öz tramplinlərinə çevirməyə çalışırlar”.

Almanitalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

“Türkiyə Prezidenti Almaniya və Fransanın başçılıq etdiyi Avropa İttifaqının iki ölkə arasında həll edilməmiş məsələlərin həllində az qala əsas sülhməramlı rolunu öz üzərinə götürməsindən şikayətlənir. Axı Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında diplomatik həll prosesinə Türkiyə kimi bir ölkəni dəvət etmədi.

Bundan əlavə, Türkiyə görür ki, Avropa İttifaqının Qafqazda demək olar ki, yeganə marağı Rusiyanı təcrid etməkdir. Ərdoğan hesab edir ki, nəhayət, Ukrayna münaqişəsinin diplomatik həllini tapmaq və Rusiya ilə danışıqlara başlamaq lazımdır. Türkiyə, görünür, Rusiya ilə Qafqazdakı mühüm məsələlərdə razılığa gələ bilib. Ərdoğan etiraf edir ki, Avropa Türkiyəni Qafqazda sabitləşmə prosesindən kənarlaşdırmağa çalışır”.

Türkiyəli analitik, siyasi elmlər doktoru, professor Haydar Çakmak:

“Keçmiş gücünü, yəni Sovet İttifaqı dövründə əldə etdiyi gücü bərpa etmək üçün Rusiyaya öz regionu daxilində və mümkünsə, ondan kənarda da nəzarət edəcəyi ölkələr lazımdır. Lakin problem ondadır ki, Rusiyanın repressiv ənənəvi siyasəti indi ətraf ölkələri narahat edir. Ruslar bu ölkələrə bərabər yanaşmırlar, həmişə rəis və qərar qəbul edənlər olmaq istəyirlər. Müstəqil dövlətlər, hörmətli insanlar belə münasibətləri istəmirlər.

Ruslar inkişaf, demokratiya, qanunun aliliyi, insan haqları, bərabərlik, müstəqillik və iqtisadi inkişaf kimi Qərb dəyərlərini təmin edə bilməzlər. Beləliklə, Moskva bir çox postsovet respublikalarını itirdi və indi Ermənistan və Gürcüstan kimi qalan ölkələri itirmək üzrədir, çünki ruslar repressiv, cəlbedici olmayan və ziyan vurmağa hazır imici yaradırlar.

Ermənistan həqiqətən də Rusiya və İrandan qurtulmaq istəyir, lakin onun şərtləri buna imkan vermir. Çünki Qərblə tamhüquqlu ittifaq bağlamaq üçün Rusiya və İrandan uzaqlaşmaq lazımdır. Qərb marşrutu Türkiyədir. Türkiyənin isə şərti Azərbaycanla sülh bağlamaqdır.

Rusiya və İranın təzyiqi altında olan Azərbaycan və Ermənistanın regiondan kənardan dəstəyə ehtiyacı olduğu aydındır. Burada Türkiyə dolayısı ilə Rusiya və İranı region ölkələrinin qərarlarına hörmətlə yanaşmağa, sülhə nail olmağa kömək etməyə və onlara qarışmamağa çağırır.

Azərbaycan və Ermənistan Qərb ölkələrinə qoşulsa, Gürcüstan da onların ardınca gedəcək. Bu, Rusiya və İran üçün ciddi itkilər deməkdir. Türkiyə Qafqaz ölkələrinin Rusiya və İranın təsirindən azad edilməsinin tərəfdarı olduğu üçün bu ölkələri bu istiqamətdə dəstəkləyir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19
"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru