
"Şikayətim Starex.az kargo şirkəti ilə bağlıdır..." Dia-az.İnfo bildirir ki, bu barədə Aqil Nəbizadə adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Neçə müddətdir ki, bu şirkət rəsmən bizi dolayır. Ha, deyirəm bu şirkətin xidmətlərinə müraciət etməyim, alınmır...
"Temu" bağlamalarını sistem avtomatik seçdiyi üçün kargo şirkətini dəyişə bilmirəm. Hər zaman "Starex" gətirir mənim bağlamalarımı.
Sosial şəbəkələrdəki səhifələrinə nə qədər yazsan da cavab vermirlər... Etiraz üçün nömrələrə yığırsan, "təyin olunmayıb" deyir.
Artıq 20 gündür ki, "bəyan et" deyə bir mesaj da gəlməyib. Ancaq yazılır ki, hazırlanır...
Hara şikayət edək, bilmirik..."