Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                     Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... .....                     Paşinyandan Moskvaya qarşı NATO "oyun"u .....                     Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? .....                     “Toplum TV” işi üzrə ilkin istintaq bitdi .....                     Putin Trampla görüşə razılıq verdi .....                     “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” .....                     "Qara qutu"nun deşifrə olması... .....                     “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” .....                     “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət .....                     Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir .....                     Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək .....                     “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” .....                     Qərbdən gələn təlimatlar mənasızdır .....                     Azərbaycana qarşı kəmər tələsi? .....                     “İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” .....                     Bu təşkilat de-yure buraxılmış olsa da... .....                     İrəvanın sərhəddə odla oyunu .....                     “Yeni Sabah”ın 6 yaşı tamam oldu .....                     "Hələ də dekabr ayının əmək haqqını almamışıq..." .....                     SOCAR-da sıravi işçilərin ixtisarı hesabına yeni şöbələr yaradılır? .....                     Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... .....                     Rusiya azərbaycanlıları yalan, hədə və döyməklə dron yığılmasına cəlb edir.... .....                     "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!" .....                 

Cənubi Qafqazla bağlı məkirli ssenarilər: Azərbaycan hədəf taxtasına çəkilir - NƏ ETMƏLİ?
Tarix: 13-08-2024, 14:00 | Çap et
Cənubi Qafqazla bağlı məkirli ssenarilər: Azərbaycan hədəf taxtasına çəkilir
Ötən gün İsrail mediasında yayılan bir xəbər Azərbaycan ictimaiyyətində narahatlıq yaratdı. İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

“Kan” qeyd edib ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır və Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.

Ardınca Azərbaycan Media Agentliyi bu informasiyanı “dezinformasiya” adlandıran bəyanat yaydı və bildirildi ki, “Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "İran İnternational" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".

Məlumatda qeyd olunub ki, ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyaları ciddi şəkildə qınanılır: "Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".

Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.

“Kan” televiziyasının yaydığı məlumatdan sonra İran tərəfində Azərbaycana qarşı olan qüvvələr tərəfindən hədələyici bəyanatlar səsləndirilir. Yerli ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə baş verən proseslərə Azərbaycanı da qoşmaq niyyətində olan qüvvələr dezinformasiyalar yaymaqla ölkəmizə qarşı təxribata cəhdlər edirlər.

Mövzunu AYNA hərbi jurnalist və hərbi icmalçı Səxavət Məmmədlə inkişaf etdirib:

- İsrail mediasında belə bir məlumat yayıldı ki, İsrail hərbçilərinə Azərbaycan və Gürcüstandan çıxmağı əmr edib. Düzdür, MEDİA bunu dezinformasiya adlandırdı, amma İsraildə belə bir xəbərin dərcində məqsəd nədir?

- Öncə informasiya yayıldı ki, İranın yeni Prezidenti Məsud Pezişkian Azərbaycandakı İsrail hərbi bazalarını vurmağı əmr edib. Hesab edirəm ki, bunun özü dezinformasiya idi. Niyə? Çünki İranda Azərbaycana qarşı siyasi qanad heç vaxt qərəzli olmayıb. Əksinə, İranda siyasi qanad həmişə Azərbaycanla münasibətləri yaxşı tutmağa çalışıb. İranda Azərbaycana qarşı aqressiv olan qanad SEPAH olub. Bu informasiya o vaxt gerçəkci olardı ki, bunu SEPAH tələb edərdi, siyasi qanad isə razılıq verərdi. Yayılan bu informasiya isə tam tərsinə, siyasi qanaddan SEPAH-a sifariş kimi idi.

Ümumiyyətlə, İsrailin Azərbaycanda hərbi bazasının olması ilə bağlı ittihamlar yeni mövzu deyil. İllər öncə də bu cür informasiya yayılmışdı. İddia olunan ərazidə İsrailin hərbi bazasının olmadığını rəsmi Bakı rəsmi Tehrana sübit etmişdi. İsrail tərəfinin öz hərbçilərinə çağırış etməsi isə Azərbaycanı zərbə altına qoymaqdan başqa bir şey deyil. Maraqlıdır ki, İsrailin hərbi bazasının Azərbaycanda olması iddiası bir neçə gündür Türkiyənin bəzi media qurumları və bəzi ekspertləri tərəfindən iddia olunur.

Azərbaycanda İsrailin hərbi bazası yoxdur. İsrail Müdafiə Nazirliyi əgər bu cür əmr imzalayıbsa, bu, öz hərbçilərini qorumaqdan daha çox Azərbaycan tərəfini zərbə altına qoymağa hesablanıb. Hətta İran tərəfində hansısa qrup dezinformasiya yaymış olsa belə, İsrail tərəfi “Azərbaycanda hərbi bazam yoxdur” deyə bilərdi və bu məsələ birdəfəlik bağlanardı. Görünən odur ki, vəziyyətin gərginləşməsi bəzi qüvvələrə sərf etmir. Ümumiyyətlə, İranla Azərbaycan münasibətlərinin müsbət yöndən inkişafına həmişə mane olan qüvvələr olub. İndiki məqamda İranla Azərbaycan arasında yaxınlaşma hiss olunurdu, hətta bəzi addımlar da atılmışdı. İranla Azərbaycan arasındakı gərginlik görünür bəzi qüvvələrə lazımdır.

- Ümumiyyətlə, İsrail Azərbaycandan hərbçilərini çıxarmağı əmr etdi deyəndə hansı hərbçiləri nəzərdə tuturlar?

- Azərbaycanda İsrail ordusunun hansısa nümayəndəsi, hansısa təlimatçısı ola bilər. Azərbaycan İsraildən əgər silah alırsa, o silahların Azərbaycan hərbçilərinə aşılanması, onların tam saz vəziyyətdə saxlanılması üçün mütəxəssislər gətirilə bilər. Yeri gəlmişkən bunlar bütün ordularda var və bu silah alqı-satqısı müqaviləsində qeyd olunur, xərclər də hesablanır. Yəni əgər bir ölkə digər ölkədən silah alırsa, satan ölkənin alan ölkəyə mütəxəssis göndərməsi təbii haldır.

Yeri gəlmişkən, çox zaman göndərilən mütəxəssislər bəzən hərbçi yox, mülki şəxslər də olur. Ona görə də, İsrail tərəfinin bu cür əmr imzalamasını anlamaq çətindir.

- Niyə məhz Cənubi Qafqaz dedikdə həmin informasiyada Ermənistanın adı çəkilməyib?

- İsraillə Ermənistan arasında hərbi yöndən demək olar ki, əməkdaşlıq yoxdur. Ona görə də, Azərbaycan və Gürcüstanın adı hallanır. Son illərdə İranın Gürcüstanda, xüsusilə, azərbaycanlıların cəm şəkildə yaşadığı istiqamətdə gücləndiyi heç kimə sirr deyil. İran məhz o istiqamətdə boşluğu gördü və onu doldurdu. İsrail ola bilsin ki, İranın bu addımından narahat olub və Gürcüstanda hansısa addımlar atıb. Ancaq İsrailin Gürcüstanda hərbi bazasının olması da inandırıcı deyil. Ümumiyyətlə, İsrailin o qədər insan resursu yoxdur ki, başqa ölkələrdə hərbi baza saxlaya bilsin.

Bilirik ki, son zamanlar Ermənistanla ABŞ və Ermənistanla Fransa arasında hərbi sahədə əməkdaşlıq yüksələn xəttlə gedir. Fransanın Ermənistan ordusunda müşaviri, ABŞ-nin isə nümayəndəsi var. İsrail Ermənistanın Qərb xətti tutduğunu da bilməmiş deyil. Ona görə də, Gürcüstan və Azərbaycan hədəf taxtasına qoyulur. Düzü, bunun İsrailin planı olduğunu da düşünmürəm. Rusiya-Ukrayna, Yaxın Şəqdə İsrail-HƏMAS (Hizbullah) toqquşmasındakı rəqiblərin Cənubi Qafqaza transfer olub, burada da mübarizə aparmaq istəkləri hiss olunur. Baş verənlər Gürcüstanın Avropa İttifaqına qəbul prosesinin dondurulması və sanksiyalarla hədələnməsi prosesinin davamıdır. Qərb artıq müəyyən edib ki, onlar Ermənistanın yanında yer alacaq, digər iki dövlətə qarşı isə təzyiqlər ediləcək.

Son baş verənlər əslində psixoloji müharibədir. Bu müharibənin şiddətlənəcəyinin şahidi olacağıq. Tez-tez müxtəlif yönlü dezinformasiyaları cəmiyyətimizə yedirməyə çalışacaqlar. Bunun qarşısının alınması üçün cəmiyyətin etibar etdiyi media resurslarına ehtiyac var. Cəmiyyətin isə hansı media resurslarına etibar etməsi sual altındadır.

- İranın bu məsələyə reaksiyasını necə qiymətləndirmək olar?

- İran baş verənlərin fərqindədir. İran gözəl bilir ki, atacağı istənilən addım regionu qan gölünə çevirər. Ümumiyyətlə, İran Rusiyadan çəkindiyi üçün Cənubi Qafqazda radikal addımlar ata bilmir. Hətta iddia edərdim ki, İran Rusiyanın icazə verdiyi qədər regionda fəaliyyət göstərir. İranla Rusiya yaxınlaşması açıq şəkildə hiss olunur. Bu regionda münaqişənin alovlanması iki ölkənin maraqlarına ziddir. Çünki hər iki ölkənin strateji hədəfləri, maraqları arasında Cənubi Qafqaz yoxdur. İranın birinci hədəfi Yaxın Şərqdə möhkəmlənmək, ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxarmaqdır. Rusiyanın da strateji hədəfləri arasında Ukraynadan sonra özünə düşmən bildiyi ölkələri sıradan çıxarmaq, Qara dənizdə tamamilə möhkəmlənməkdir. Cənubi Qafqazda münaqişə hər iki ölkəni strateji hədəflərindən yayındırmağa hesabalana bilər.

- Yaxın Şərqdə baş verənlərə Azərbaycanı qarışdırmaq cəhdləri nəticə verəcəkmi, versə bizim üçün bunun təhlükələri nələrdir?

- Yaxın Şərqdə baş verənlər təbii ki, Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. İndi iki yerə ayrılmış kimi görünən region həmişə bir olub və bir yerdən idarə olunub. Ona görə də, xəritə üzərində bölünsə də əslində biri digərinin davamıdır.

Yaxın Şərqdəki və Rusiya Ukrayna arasındakı savaş əgər Cənubi Qafqaza daşınacaqsa, hesab edirəm ki, buna ciddi şəkildə çalışılır, bu, region üçün çox ağır nəticələrə səbəb olacaq. Çünki bu savaş region dövlətlərinin yox, qlobal rəqiblərin savaşı olacaq. Azərbaycanı səhv etməyə məcbur edəcəklər ki, sanksiyalar tətbiq edilsin. Hətta bu yöndə sanksiyalar paketi də hazır vəziyyətdə saxlanılır. Azərbaycan tərəfi isə maksimum təmkinli davranır. Bəzən Azərbaycan tərəfinin sərt ritorika ilə də çıxış edir. Bunun səbəbi təhdid və təzyiqlərdir. Oktyabr ayında Gürcüstanın qarışacağı yönündə iddialar var. Ermənistanda da müəyyən proseslərin gedəcəyini demək mümkündür. Təbii ki, Qərb eyni ssenaridən Azərbaycana qarşı da tətbiq etməyə çalışacaq. Azərbaycan bütün ssenarilərə hazır olmalıdır. Xüsusilə də Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırılmalıdır, çünki bu gərginliyin sahəyə enmə ehtimalı da mümkün variandır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Bu gün, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Bu gün, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Bu gün, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Bu gün, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Bu gün, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Bu gün, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Bu gün, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Bu gün, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Bu gün, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Bu gün, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Bu gün, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Bu gün, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Bu gün, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Bu gün, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Bu gün, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Bu gün, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Bu gün, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Bu gün, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Bu gün, 11:29
Putin Trampla görüşə razılıq verdi
Bu gün, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Bu gün, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Bu gün, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Bu gün, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Bu gün, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Bu gün, 10:51
Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Bu gün, 10:36
“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 10:34
Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Bu gün, 10:31
Azərbaycana qarşı kəmər tələsi? - Zəngəzur dəhlizinə dair ilginc iddia
Bu gün, 10:29
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
Bu gün, 10:24
Bu təşkilat de-yure buraxılmış olsa da... - NƏ ETMƏLİ?
Bu gün, 10:16
İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Bu gün, 10:12
“Yeni Sabah”ın 6 yaşı tamam oldu
Bu gün, 10:09
"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
Bu gün, 10:05
SOCAR-da sıravi işçilərin ixtisarı hesabına yeni şöbələr yaradılır? - AXI NİYƏ?..
Bu gün, 09:59
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Bu gün, 09:41
Rusiya azərbaycanlıları yalan, hədə və döyməklə dron yığılmasına cəlb edir.... - VİDEOFAKT
Bu gün, 09:37
"Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!" - Lukaşenko
Bu gün, 09:33
İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ
Bu gün, 09:28
Müxalifətin Tramp gözləntisi... - "Bu mandat Azərbaycana verilməlidir"
Bu gün, 09:26
Azərbaycan gücləndi və ərazilərini azad etdi - Babacanyan
Bu gün, 09:21
Rusiyanın “Türk qövsü” qorxusu - Kremlin Qafqaz planı
Bu gün, 09:06
BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:53
44 günlük savaşda ruslar SƏNGƏRİN HARASINDA İDİ... - BU DA FAKT!
Bu gün, 08:46
İşçilər üçün MÜHÜM BİLGİ... - Ekspert danışır...
Bu gün, 08:42
İmtahanlardan keçən taksi sürücülərinin sayı açıqlandı - Bu, onlara nə qazandırır?
Bu gün, 08:38
Trampın dövründə sülh müqaviləsi imzalanacaq? - AKTUAL
Bu gün, 07:57
Külqabı kimi istifadə olunan eskalatorlar - FOTOFAKT
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru