“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək
Tarix: 13-08-2024, 13:56 |
Çap et
12 sentyabr 2024-cü il saat 11.00-da "Kapital Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibinin yenilənməsi haqqında.
Məruzəçi: Yaşar Məmmədov
II. Digər məsələlər.
Məruzəçi: Yaşar Məmmədov