Cəbrayılda 7,7 milyon manata - 48 EV TİKİLƏCƏK
Tarix: 18-09-2024, 00:02 |
Çap et
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi ilə bağlı açıq tenderə yekun vurub.
Dia-az.İnfo xəbər verir ki, təchizat işləri "Ağa-EE İnşaat" MMC-yə həvalə edilib.
Qalib şirkətə bun üçün 7 milyon 664 min 194 manat ödəniləcək.