Ukrayna ordusu yaxın həftələrdə Kursku tərk edəcək .....                     Ülvi Qılıncdan ŞOK AÇIQLAMA: .....                     Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər .....                     Zəngəzurla bağlı gözlənilməz addım: .....                     Bu ay sülh sazişinin imzalanması təklif olunur .....                     Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqları üçün tədbir keçirilib .....                     Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü .....                     Qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     “Qardaşım məni döydüyü üçün travma ilə böyümüşəm” .....                     Trampdan ermənipərəst konqresmenə ittiham: .....                     FHN-də şeyxin qohumunun yerinə təyinat .....                     Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq .....                     Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? .....                     “Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın” .....                     Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib .....                     Qazaxda 23 yaşlı oğlan minaya düşdü .....                     PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” .....                     Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: .....                     Mərhum bəstəkarın xanımından etiraz: .....                     “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” .....                     Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər .....                     “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” .....                     Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... .....                     "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" .....                     Müharibə Ağ Evdə kimi prezident edəcək? .....                     “Qərb Ermənistana yalnız kökə göstərir” .....                     Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək .....                     Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb .....                     Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı .....                     "Onun deputat seçilməsi xalqa təhqirdir" .....                     Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz .....                     Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... .....                     Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi .....                     İçdi, qanunu pozdu və qəhrəman oldu... .....                     Ermənilər panikada: lokal döyüşlər gözlənilir .....                     Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq .....                     “Livan İsrailə bir ildə 14 min raket atıb” .....                     Hindistan rupisi yeni tarixi minimum yeniləyib .....                     Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb .....                     Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir .....                 

“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” - Fazil Mustafadan sərt REAKSİYA
Tarix: 17-09-2024, 16:12 | Çap et
“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir”
Bəzən sosial şəbəkələrdə bayağı mövzular qızğın müzakirələrə səbəb olur. Məsələn, Xalq artisti Aygün Kazımovanın sinəsiaçıq geyimi, müğənni Kərimin toyda döyülməsi, ifaçı Roza Zərgərlinin dar ətəkdə efirə çıxması, Əməkdar artist Elza Seyidcahanın şeirləri və s.

Əksər hallarda belə müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərinin sayı-hesabı olmur və hər kəs də mövzuya rəy bildirməyə çalışır. İş o yerə çatıb ki, sosial şəbəkələrdəki bayağı müzakirələrdən "ilhamlanan" telekanallar efirlərdə bu mövzularda diskussiyalar təşkil edir, saytlar ekspertlərdən "rəy" öyrənirlər.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, sözügedən müzakirələr ümumi cəmiyyəti bürümüş bayağılığın bir dalğasıdır:

“Bu gün sosial şəbəkə fenomeni elə bir hala gəlib ki, bir millətin kardioqrammasını da rahatlıqla çıxara bilir. Ona görə də ağıllısı, dəlisi, bambılısı, ciddisi - hamısı bu fenomenin içində üzə çıxmağa başlayıb. Hətta telekanallar da mövzularını sosial şəbəkələrdəki müzakirələrin təsiri altında seçirlər. Televiziyanın funksiyası heç də tərbiyələndirmə deyil. Televiziya cəmiyyətin müəyyən standartlarını gözləyə bilər. Amma cəmiyyətin tələbi nədirsə, televiziyalar da öz proqramlarını ona uyğun qurur. Əksəriyyət lağlağı, mizah, başqatan seriallar istəyirsə, onlara elmi araşdırma verilişini 10 dəfə də təqdim etsən, heç bir mənası olmayacaq. Təbii ki, bizimki kimi cahilliyin əmsalı xeyli yüksək olan cəmiyyətlərdə TV-lər ciddi gülüşü bir tərəfə qoyub mərsiyəni, yanlış dini rəvayətləri, kriminal həyatın “gözəlliklər”ini təbliğ etməyə başlayacaq. Yenə bu gülüş, məzhəkə, istehzalar insanın müəyyən dərəcə pozitiv duyğularına xitab edir. Amma digər mövzular insanın başını xarab edir”.
Müsahibimizin sözlərinə görə, ölkədə yüz minlərlə dindar cahil var:

“Təbii ki, ağıllı, savadlı din adamları da yox deyil, amma onların sayı çox azdır. Kütlənin böyük əksəriyyəti yanlış dini duyğularla yaşayır və təsəllisini orada tapır. Ölkədə fala, caduya inanan yüz minlərlə insan var. Bu insanları nə edəcəyik? Ola bilsin ki, 10 min nəfər Elza Seyidcahanın şeirlərini dinləyib sakitlik tapır. Bunun zərəri o qədər də çox deyil. Əsas zərər xurafat, cahillik, nadanlıqda axtarılmalıdır. Biz cəmiyyəti silkələməyə başlasaq, onda məktəblərdə müəllimlərdən, şagirdlərdən, tələbələrdən, elm sferasından o qədər yarpaqlar tökülə bilər ki, bütün ağaclar yarpaqsız qalar. Ona görə də cəmiyyəti çılpaqlaşdırmamaq üçün bu budaqları silkələməyə ehtiyac yoxdur. Buraxmaq lazımdır ki, cəmiyyətdə düşünən, ağıllı sayı artsın. Təbii ki, onlar hər zaman azlıqda olacaqlar. Amma onların cəmiyyətdə faiz ölçüsü çoxaldıqca, ciddi problemlər tədricən müzakirə ediləcək.

Bu gün televiziyaya çıxmayan on minlərlə təqaüdçü qadın var ki, şeir yazır. O şeirlər Elzanın şeirlərindən daha bərbaddır. Qafiyəsi yox, ideyası yox, amma hamı yazır. Necə ki hamı hacı, hacıxanım, kərbəlayı, məşədi, professor və alim olmağa axışır, eyni qaydada şeirə də bu cür axın var. Ona görə də bu kimi məsələləri öz axarına buraxmaq lazımdır ki, dedi-qodu səviyyəsində də müzakirə olunsun. Bunu ciddiləşdirməyə ehtiyac yoxdur. Televiziyalar nə etsin? Mərsiyə verməyə, krminal avtoritetləri təqdim etməyə başlasın?! Televiziya da ya meyxana səsləndirəcək, ya da Elzanın şeirlərini, hansısa müğənninin tumanının olub-olmamasını müzakirəyə çıxaracaq. Kimsə alt tumanı olmadan səhnəyə çıxır, bəs onu izləməyə çalışan 50-100 min insanı nə edək?! Onlar gedib kitab oxumayacaqlar, düşünməyəcəklər, cəmiyyətin gələcəyi ilə bağlı vacib problemləri müzakirə etməyəcəklər. Onlar üçün məhz bu tuman məsələsi, Elzanın şeirləri önəmlidir”.


F.Mustafa bildirib ki, düşünən beyinlərin azlığı meydanın bu cür mövzuları müzakirə etməsinə yol açır:

"Bu baxımdan da biz cəmiyyətdən çox şeylər gözləyirik. Qarabağın işğaldan azad olunmasının bir qrup peşəkar insanın xüsusi əzmi ilə həyata keçirildiyini unutmamalıyıq. Bütövlükdə hamımızın keçirdiyi hissləri kənara buraxaq. Kompüterin arxasında dronları idarə edən, yaxud Şuşa dağlarına dırmaşan xüsusi təyinatlı azlığın sayəsində torpaqlarımızı azad etdiyimizi diqqətdən qaçırmamalıyıq. Hər yerdə bu belədir. Sadəcə cəmiyyətdə düşünən, fədakar, marjinal insan qruplarının faizinin artması önəmlidir. Bu faiz artmadıqca və mənfiyə doğru getdikcə, biz cəmiyyətdən başqa bir müzakirə mövzusu uma bilmərik. Ona görə də Elzanın şeirlərini qadağan etməklə şeiriyatımızın gülüstan olacağını düşünürsünüzsə, bu tamamilə yanlışdır.
10-15 istedadlı yazar, şair, düşüncə adamından ibarət olan intellektual elita cəmiyyətə təsir etmək gücündə olmayacaq. Ona görə də biz Azərbaycan üçün faydalı düşünən və cəmiyyətin gələcəyi ilə bağlı narahatlığı həll etməyə çalışan filosofları, yazarları, şairləri, alimləri və keyfiyyətli müəllimləri çoxaltmalıyıq. Mütəxəssislərin sayını çoxaltmalıyıq ki, hamı öz işi məşğul olsun.

Hamı niyə Elzanın şeiri dinləyir, hansısa müğənninin tumanına gözünü dikir? Öz peşəsində ixtisaslaşmayan milyonlarla insan var. Bu insanlar yetişdiyi sahənin mütəxəssisi deyillər. Ona görə də başqa işlərlə məşğuldurlar. Onlar baxır ki, müğənni olmaq pul qazanmağın asan yoludur, azacıq səsi varsa bunu edir. Amma onu da davam etdirmək asan deyil.

İndi fonoqram mövzusu var, səs olan yerdə fonoqram niyə olmalıdır?! Demək ki, lazım olan səs yoxdur, səsi olana da qiymət yoxdur. Bir sıra məsələlər var ki, ədalətsizliyi aradan qaldırmalıyıq ki, insanlar öz qabiliyyətinə uyğun bəlli bir məkanda mövqe, vəzifə tuta bilsinlər. Biz bu ədaləti hələ yarada bilməmişik. Kimsə kiminsə hesabına, himayəsi ilə hansısa mövqeləri tuta bilirsə və digər insanlar həvəsdən düşərək yaşayırlarsa, biz bu vəziyyəti belə asanlıqla dəyişə bilməyəcəyik. Cəmiyyəti yönləndirən, tərbiyələndirən elm, ədəbiyyat yoxdur, sənət aşağı səviyyədədir. Biz bunun üzərində düşünməliyik.
Ondan sonra artıq kimsə bayağı şeir söyləməyə, bayağı mahnılar oxumağa utanacaq, geyimi ilə yox, səsi ilə müəyyən yer tutmağa çalışacaq. Ona görə də bu məsələlər fundamental araşdırma məsələsidir. Biz təkcə bayağı şeiri oxuyanı yox, həm də dinləyəni müzakirə etməliyik. Ayrılıqda müzakirə etdikdə sanki biz hamımız ağıllıyıq, amma şeiri oxuyan dəlidir deyə bir yanaşma ilə qarşılaşırıq. Cəmiyyət olaraq çox ağıllı olduğumuzu iddia etməyə tələsirik. Bunun üzərində düşünməliyik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ordusu yaxın həftələrdə Kursku tərk edəcək - "BILD"
Bu gün, 13:31
Ülvi Qılıncdan ŞOK AÇIQLAMA: - “Kabinetlərdə kişilərin ayaqqabısını öpür”
Bu gün, 13:29
Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər - AÇIQLAMA
Bu gün, 13:05
Zəngəzurla bağlı gözlənilməz addım: - Geri çəkildilər
Bu gün, 13:03
Bu ay sülh sazişinin imzalanması təklif olunur - “Nezavisimaya qazeta”
Bu gün, 13:02
Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqları üçün tədbir keçirilib - FOTO, VİDEO
Bu gün, 12:53
Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü - DETALLAR
Bu gün, 12:49
Qısamüddətli az yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:43
“Qardaşım məni döydüyü üçün travma ilə böyümüşəm”
Bu gün, 12:42
Trampdan ermənipərəst konqresmenə ittiham: - Adam Şiff ölkənin daxili düşmənidir
Bu gün, 12:37
FHN-də şeyxin qohumunun yerinə təyinat - ƏMR
Bu gün, 12:35
Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq - Şok xəritə
Bu gün, 12:28
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? - İTTİHAM VAR...
Bu gün, 12:21
“Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın” - Larisa Alaverdyan
Bu gün, 12:18
Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib - “The Wall Street Journal”
Bu gün, 12:11
Qazaxda 23 yaşlı oğlan minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:02
PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...”
Bu gün, 11:58
Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46
Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44
“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37
Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34
“Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29
Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26
"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21
Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19
“Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18
Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07
"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05
Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02
Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49
Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39
İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34
Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29
Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28
“Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26
Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11
Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07
Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02
EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00
"Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58
Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55
“Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51
Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34
"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29
Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23
"Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru